Rusiyalı politoloq: “ Qarabağ Kremlin boğazında sümükdür”
Bizi izləyin

Nida.az

Rusiyalı politoloq: “ Qarabağ Kremlin boğazında sümükdür”

Rusiyalı politoloq: “ Qarabağ Kremlin boğazında sümükdür”

“Azərbaycan Dağlıq Qarabağa hücüm etməsə, Rusiya da Qarabağı tanımayacaq”.Publika.Az – ın verdiyi xəbərə görə, bu sözləri Ermənistanın “Aravot” qəzetinə açıqlamasında rusiyalı politoloq Sergey Markedonov söyləyib.

Qeyd edək ki, Martın 16-da Krımda referendumun keçirilməsi və Krımın Rusiyaya birləşməsi, həmçinin qondarma Dnestryanı Respublikanın Rusiya Federasiyasına birləşmək xahişi ilə Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinə məktub yazması ermənilər və ermənipərəst ruslarda müəyyən ümidlər oyatdı. Ermənistan və Rusiya mətbuatı, o cümlədən müəyyən siyasi dairələr Dağlı Qarabağ kontekstində “Krım presedenti”ni fəal şəkildə gündəmə gətirdilər.

S.Markedonov qeyd edib ki, sabah Rusiyanın Krım barəsində tətbiq etdiyi siyasəti eynilə Dağlıq Qarabağ və Dnestryanı ərazi barədə tətbiq edəcəyini düşünmür.

“Mən düşünmürəm ki, indiki şərtlər buna imkan verir. Bu Azərbaycanla münasibətlərin kəskin pisləşdiyi bir vaxtda ola bilər. 2008-ci ildə belə bir vəziyyət yaranmışdı. Əgər Saakaşvili Sxinvala hücum etməsəydi, Moskva 2008-ci ildə Cənubi Osetiyanın müstəqilliyini tanımazdı. Tamamilə əminəm ki, Kiyevdə inqilabçı hakimiyyət gəlməsəydi, o halda Krım hadisələri də olmazdı. Azərbaycan Qarabağa hücum etməyəcəyi halda, Moskva da Dağlı Qarabağın müstəqilliyini tanımayacaq”, - rusiyalı politoloq söyləyib.

Ermənistanda bəzi siyasi dairələrdə “Krım presedenti” ilə bağlı müəyyən ümidlər oyanmasına baxmayaraq, “Lragir” qəzeti yazır ki, ölkədə “Krım presedenti”nin təhlükəli olduğunu hamı anlayır:“Rusiyanın bir çox dairələrində də bu barədə tezliklə “tabut sükutu” hökm sürəcək və rəsmi Moskva “küt ermənilərə” elan edəcək ki, heç bir presedent yoxdur. Abxaziya və Cənubi Osetiyanın tanınmasından sonra da Qarabağ üçün “presedent” yaradılırdı. Amma bu olmadı”.

“Moskva Qarabağı tanıyırmı? Əlbəttə, tanımır, birincisi, ona görə ki, Qarabağ Kremlin boğazında “sümükdür” və ondan həmişə qurtulmağa çalışır. İkincisi, ümumiyyətlə belə bir məsələni niyə müzakirə etmək lazımdır, əgər Ermənistan hakimiyyəti şüurlu olaraq bundan imtina edibsə”, - “Lragir” “Krım presedenti”nə ümid etməyin lazım olmadığını bildirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm