Ukraynadan Azərbaycana minnətdarlıq
Bizi izləyin

Nida.az

Ukraynadan Azərbaycana minnətdarlıq

Ukraynadan Azərbaycana minnətdarlıq

“Ukraynanın ərazi bütövlüyü və suverenliyi Rusiya tərəfindən pozulub. Ukrayna bu kimi addımlara tərəfdaşlarından cavab gözləyir”.

Publika.Az – ın BBC-nin Azərbaycan xidmətinə istinadən verdiyi xəbərə görə, bu sözləri Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Misçenko söyləyib.

Səfir dəstək üçün Azərbaycana minnətdarlığını bildirib. Onun sözlərinə görə, Kiyev həmin dəstəyin davamını Ukrayna böhranı ilə bağlı qarşıdan gələn BMT müzakirələrində də görmək istərdi.

“Hazırda məsələ Ukrayna və Rusiya arasında deyil, beynəlxalq ictimaiyyət və Rusiya arasındadır”, - səfir söyləyib.

Səfir Rusiya ilə Ukrayna arasında mübahisənin beynəlxalq səviyyəyə qalxdığını, Rusiyaya qarşı ciddi addımların tələb olunduğunu bildirib. Bu problemləri necə həll etməyə gəldikdə isə o, qeyd edib ki, Rusiyanın davranışlarının ciddi ölçüyə ehtiyacı var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm