Ukraynada prezidentliyə kimlər gedir? - Yeniləndi
Bizi izləyin

Nida.az

Ukraynada prezidentliyə kimlər gedir? - Yeniləndi

Timoşenko prezidentliyə namizədliyini irəli sürəcək

Mayın 25-i Ukraynada keçiriləcək növbədənkənar prezident seçkisində namizədlərin irəli sürülməsi bu həftənin bazar günü başa çatır. “Media forum” saytı xəbər verir ki, martın 27-dək Ukrayna Mərkəzi Seçki Komissiyası yalnız bir namizədi – baş prokurorun sabiq müavini Renat Kuzmini rəsmən qeydə alıb.

MSK-ya Regionlar Partiyasından Mixail Dobkin, Sergey Tiqipko, sabiq baş nazir müavini Yuri Boyko, Radikal Partiyanın lideri Oleq Lyaşko, Ukrayna Yəhudi Konqresinin rəhbəri Vadim Rabinoviç, deputat Anatoli Qritsenko, Sağ Sektorun lideri Dmitri Yaroş və Kommunist Partiyasının sədri Pyotr Simonenko da müraciət edib.

Bu həftəsonu UDAR Partiyasından Vitali Kliçko, Azadlıq Partiyasından Oleq Tyaqnibokun namizədliyi rəsmiləşəcək. Sabiq baş nazir Yuliya Timoşenko da bu gün seçkiyə qatılacağını bəyan edib. O, “Batkivşina” blokundan namizəd olacaq.

17.08

Timoşenko prezidentliyə namizədliyini irəli sürəcək

Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko "Batkivşina" partiyasından ölkə prezidentliyinə namizədliyini irəli sürmək niyyətində olduğunu bəyan edib. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Y.Timoşenko Kiyevdə keçirilən mətbuat konfransında deyib: "Bəli, mən Ukrayna prezidentliyinə namizədliyimi irəli sürmək fikrindəyəm. Martın 29-da qurultay keçiriləcək. Mən orada "Batkivşina" partiyasından prezident seçkilərində namizədliyimin irəli sürülməsini xahiş edəcəyəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm