“Eldar Namazov gördü ki, bunların müxalifətlə...” – Siyavuş Novruzov
Bizi izləyin

Nida.az

“Eldar Namazov gördü ki, bunların müxalifətlə...” – Siyavuş Novruzov

“Eldar Namazov gördü ki, bunların müxalifətlə...” – Siyavuş Novruzov

“İndi Azərbaycanda radikal müxalifətin durumu çox acınacaqlıdır”. Bunu Publika.Az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, sosial bazası və elektoratı olmayan, cəmiyyət tərəfindən qəbul edilməyən bir təşkilatın aqibəti bundan yaxşı ola bilməz. S.Novruzov deyib: “Milli Şuranın ayrı-ayrı nümayəndələri, o cümlədən Eldar Namazov gördü ki, bunların müxalifətlə bağlı olan bütün proqnozları boşa çıxdı. Onlar gördülər ki, onların müxalifət hesab etdiyi təşkilatlar və şəxslərin cəmiyyətə zərrə qədər təsir etmək imkanı yoxdur, ona görə də hər kəs öz işi ilə məşğul olmağa başladı. Vaxtilə Milli Şura və onun komissiyalarını yaratmışdılar, indi hamısı dağılıb gedib.

Ümumiyyətlə, seçki ərəfəsi aldadılan və yoldan çıxarılan adamlar da Azərbaycan xalqının prezident İlham Əliyevə verdiyi böyük dəstəyi gördülər və oradan kənarlaşdılar”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm