• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

Eldar Mahmudov: “Terrorçu dəstələr vaxtında ifşa edilir”

  • Nida.az
  • 28 Mart 2014 12:03
  • 485 Baxış
Eldar Mahmudov: “Terrorçu dəstələr vaxtında ifşa edilir”

Milli təhlükəsizlik naziri Eldar Mahmudov son illərdə ölkənin xüsusi xidmət orqanlarının fəaliyyətini uğurlu hesab edir.

“Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətini birmənalı olaraq uğurlu hesab etmək olar. Kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyəti, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya, insan alveri və mütəşəkkil cinayətkarlığın digər təzahürləri ilə mübarizədə yüksək nəticələr əldə edilib”, - deyə E.Mahmudov “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bəyan edib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının, o cümlədən onun Silahlı Qüvvələri əleyhinə xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinə, habelə terrorçuluğa qarşı mübarizə daim Milli Təhlükəsizlik Nazirliyinin diqqət mərkəzindədir.

“Məqsədyönlü əks-kəşfiyyat və antiterror tədbirləri nəticəsində dövlət təhlükəsizliyinə zərər vurmağı, terrorçuluq əməlləri hazırlamağı, qanunsuz olaraq böyük miqdarda odlu silah əldə etməyi və digər cinayətlər törətməyi planlaşdıran terrorçu dəstələr vaxtında ifşa edilir. Nazirlik narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə də mübarizə sahəsində fəaliyyətini uğurla davam etdirir. Son illər ərzində transmilli mütəşəkkil cinayətkar dəstələrdən və ayrı-ayrı şəxslərdən tonlarla narkotik vasitə aşkar edilərək götürülüb”, - deyə nazir qeyd edib.

O vurğulayıb ki, nazirliyin yerinə yetirdiyi xüsusi funksiyalar arasında birinci yerdə Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli məsələsi durur.

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar ölkə rəhbərliyinin siyasi kursu üçün əlverişli şəraitin yaradılması milli təhlükəsizlik orqanlarının fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Qeyd olunmalıdır ki, Milli Təhlükəsizlik Nazirliyi erməni terrorçuluğu ilə uğurla mübarizə aparır, uzun illər boyunca müxtəlif erməni terror qruplaşmalarının üzvlərinin ölkəmizdə terror aktlarının təşkili və ictimai-siyasi sabitliyi pozmaq cəhdlərinin qarşısı alınır”, - deyə E.Mahmudov bildirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR