• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

YAP seçkilərin anonsunu verdi: “Qalib gələcəyik”

  • Nida.az
  • 28 Mart 2014 15:12
  • 323 Baxış
YAP seçkilərin anonsunu verdi: “Qalib gələcəyik”


“Yeni Azərbaycan Partiyası əvvəlki illərdə olduğu kimi bu dəfə də bələdiyyə seçkilərində qalib gələcək”.
Bu barədə hakim partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Publika.Az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda siyasi partiyalar arasında favorit özünün potensialı və sosial bazasına görə YAP-dır: “YAP bu il bələdiyyə, gələn il də parlament seçkilərində böyük faizlə qalib gələcək. Çünki cəmiyyət təkamül və inkişafın, real nəticələrə doğru real addımlar atan siyasi qüvvələri dəstəkləyir”.

A. Mirzəzadə bildirib ki, ötən il keçirilən prezident seçkilərində hər bir siyasi qüvvənin potensialı, sosial bazası ortaya çıxdı: “Qarşıdan gələn seçkilərdə də partiyaların fəaliyyəti canlanacaq və regionlar üzrə hər birinin gücü özünü göstərəcək. Hesab edirəm ki, digər partiyalar da müəyyən qədər səs toplaya biləcəklər. Amma radikal müxalifətin qələbə çalmayacağı birmənalıdır. Çünki onların bir qayda olaraq qeyri-real platformadan çıxış etməsi, Azərbaycanın bugünkü problemləri ilə deyil, əksinə Azərbaycan üçün uydurma problemlərdən çıxış etməsi onlara siyasi divident gətirə bilməz”.

Qeyd edək ki, Azərbaycanda növbəti bələdiyyə seçkiləri bu ilin dekabr ayında keçiriləcək. Bələdiyyə seçkilərinin keçirilməsi üçün dövlət büdcəsindən 34 milyon 63 min 286 manat vəsait ayrılacaq.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR