Putindən Ukrayna ilə bağlı növbəti - ƏMR
Bizi izləyin

Nida.az

Putindən Ukrayna ilə bağlı növbəti - ƏMR

Putindən Ukrayna ilə bağlı növbəti - ƏMR

Vladimir Putin Krımda Rusiya ordusu tərəfə keçməyən hərbi hissələrin texnikasının Ukraynaya təhvil verilməsini əmr edib.

Teleqraf.com-un Ukrayna KİV-ə istinadən xəbərinə görə, Rusiya Müdafiə naziri Sergey Şoyqu Ukraynaya sadiq qalan hərbi hissələrin Krımdan çıxarıldığını Vladimir Putinə məruzə edib.

«Rusiya tərəfə keçən bütün hərbi birləşmələr və hərbi gəmilərdə dövlət simvollarının dəyişdirilməsi başa çatdırılıb. Ukrayna dövlət simvollarına ləkə gətirən, hörmətsiz münasibət sayılacaq hallar baş verməyib", - nazir vurğulayib.

Daha sonra nazir Putindən Krımdakı silah və hərbi texnikanın Ukraynaya verilməsinə icazə istəyib: "Söhbət gəmi tərkibi və aviasiyadan gedir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm