Nida.az
“Ermənilərə vətəndaşlıq verməklə onları .." - Təklif
Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc Dağlıq Qarabağ ermənilərinə Azərbaycan vətəndaşlığı verilməsi haqda təklif irəli sürüb. Publika.Az -a müsahibəsində təklifinin səbəblərindən danışıb.
- Dağlıq Qarabağ ermənilərinə Azərbaycan vətəndaşlığı
verilməsi təklifiniz nəyə əsasən irəli sürürsünüz?
- Zaman-zaman Qarabağ münaqişəsinin həllinə cəmiyyətdən,
siyasi dairələrdən fərqli baxışlar gəlməkdədir. Bu da başa
düşüləndir. Çünki müharibə kateqoriyasında düşünəndə itkilər,
dağıntılar, ərazilərin ələ keçirilməsi və düşmənçilik müstəvisində
hansısa təmasların, dialoqların olmaması gərəkir. Lakin biz həm də
nəzərə almalıyıq ki, siyasət donuq statistik sahə deyil,
özünəməxsus dinamikaya malikdir. Bu da beyinlərin, təfəkkürlərin,
məsələlərə baxışların dəyişdirilməsi və təzələnməsi deməkdir. Uzun
zamandır mənim Qarabağ proseslərinə baxışım həm də ondan ibarətdir
ki, biz ABŞ, yaxud Rusiya kimi hərəkət edə bilərik. Məsələn, ABŞ-ın
Əfqanıstana koalisiya yaradıb gəlməsi kimi, yaxud da Rusiyanın
Çeçenistanda kadırovları taparaq rəhbərliyə gətirməsi, sonradan
onun vasitəsilə, yəni bir çeçenin digər çeçenə qarşı qoyulması ilə
problemin həllinə çalışması kimi edə bilərik. Bu gün Əhməd
Kadırovun yerinə hər-hansı bir Pyotr da çeçen rəhbəri ola bilərdi.
Lakin Putin bunu etmir. O, milli respublikalara fərqli nəzəriyyə
ilə yanaşır. Göründüyü kimi zamanında uğurla Şaymıyevi, yaxud başqa
şəxsləri Tatarıstana, Udmurtiyaya, Çuvaşiyaya, Adıgeyə, Qaraçay-
Çərkəzə rəhbər təyin edib, lakin onların da əksəriyyəti Rusiya
maraqlarının yüksək səviyyədə saxlamaqla ölkənin vahidliyini təmin
edirlər. Düşünürəm ki, biz burada yeni baxışlarımızı ortaya
qoymalıyıq.
- Yəni bu baxımdan, Azərbaycan Dağlıq Qarabağ
ermənilərinə vətəndaşlıq hüququ tanımalıdır?
- Bu gün Dağlıq Qarabağın erməni əhalisi Ermənistan
pasportu ilə xarici məkanlara çıxır. Biz buna etiraz edirik ki,
yanlışdır. Çünki ora Azərbaycan ərazisidir, o əhali də keçmişdə
vahid bir ölkənin, Azərbaycan Sovet Sosialist Respublikasının
vətəndaşları olublar. Sadəcə, Ermənistanın avantürasına uyaraq
separatimzə gediblər, lakin ayrılıqda hərəkət etməyiblər. Xüsusi
olaraq da onların xarici himayədarları olub. Lakin biz hazırkı
siyasi məsələlərdə bunları bölüşmürük və nəticə etibarilə onlar ın
bu gün hansı cinayəti, hansı anti-konstitusion hərəkəti həyata
keçirməyindən asılı olmayaraq bizim vətəndaşlarımız olaraq
qalır.
Vacib amildir ki, hər-hansı bir erməni ölkəmizin konstitusiyanı
tanıyaraq vətəndaşlıq hüququnu əldə etmək istəyəcəksə və bu
qanunlara hörmətlə yanaşmağa çalışacaqsa, onun Azərbaycan
pasportunu daşıması, bu ölkənin üzərindən viza alaraq hansısa
xarici məkanlara getməsini biz stimullaşdırmalıyıq. Mən Qarabağ
ermənilərinin Azərbaycan vətəndaşlığını alması hüquqlarının
bərpasının tərəfindəyəm.
- Bu həm də birmənalı qarşılanmaya da
bilər.
- Bu, qəti şəkildə ərazilərimizin işğalını unutmaq, şəhidlərimizin
ruhuna hörmətsizlik göstərmək anlamına gəlməməlidir. Əksinə
ermənilərin içində uzun müddət xunta rejiminin aləti olan, sadə
əhali kimi siyasi avantüristlərin mövqeyini bölüşməyən, həddindən
artıq millətçi faşist baxışlarına malik düşmən tərəfinin
siyasətindən kənarda olan insanların öz tərəfimizə cəlb olunmasına
imkan tanımalıyıq. İddia etmirəm ki, onları dəstəkləyərək Qarabağın
rəhbərliyinə qədər aparıb çıxarda bilərik. Hər-halda bunu da
təfəkkürlərdə, layihələrdə saxlamaq lazımdır.
Amma biz bu qapını açıq saxlamalıyıq. Çünki əgər istəyiriksə
donuq vəziyyət dəyişsin və bunun hərbi addımlarla reallaşdırılması
mümkün deyilsə, ondan başqa vasitələr işə düşməlidir. Onlardan biri
də bundan ibarətdir. Ermənilərin bir-biri ilə üz-üzə qoyulması
bizim xeyrimizədir. Lakin bu fikirlərin mənim tərəfimdən səslənməsi
heç bir halda Azərbaycan maraqlarını əngəlləyən siyasət kimi təqdim
edilməməlidir. Əksinə bu, ermənilərlə bağlı məsələdə bizim
mövqeyimizi qınayanların arqumentlərini əlindən almaq baxımından da
çox mühüm olardı.
- Daha açıq desək, ordakı erməniləri rəsmi İrəvana qarşı
qaldırıb bundan istifadə etmək lazımdır?
- İnformasiya məkanı genişdir. Bunu bəri başdan açmaq doğru olmaz.
Bu, bizim irəli sürdüyümüz ideyanı bəri başdan əngəlləyə bilər.
Proseslər nəticə etibarilə buna aparacaqsa, yaxşı olardı. Yəni biz
Dağlıq Qarabağdakı ermənilərə vətəndaşlıq verməklə onları
Ermənistana qarşı qaldırmalı və bundan istifadə etməliyik, yaxud
edə bilərik. Amma dediyim kimi bunu indidən ortaya qoymaq da
ziyanımıza olar.
- Bu reallaşa bilərmi sizcə?
- Bəzən Azərbaycan və Ermənistandan kənarda üz-üzə gələn hər iki
ölkənin təmsilçiləri deyirlər ki, kənar amillər olmasa bu problemi
çözmək mümkündür. Biz müəyyən bir tarixdə qonşu olaraq yaşamışıq.
Nə bütövlükdə erməniləri burdan köçürüb qurtarmaq mümkün olacaq, nə
də Azərbaycan xalqı illər keçsə də itkiləri ilə barışmayacaq. Digər
tərəfdən Ukrayna hadisələri sübut etdi ki, özümüzə çox da tənqidi
yanaşmamalıyaq.
Biz onu da nəzərə almalıyıq ki, bu təşəbbüs, təklif əslində
mahiyyətcə ondan ibarətdir ki, biz Konstitusiyamızı tanıyan,
Azərbaycan qanunları ilə yaşamaq istəyən, bizim dövlətimizin
imkanlarından yararlanmaq istəyən ermənilərə bir qapı tanıyırıq.
Bunu xarici aləmə təqdim edirik. Bizim hər bir ermənini öldürmək
məqsədini qarşıya qoyan, qana susamış Azərbaycan xalqı obrazını da
tamamilə sındırırıq. Məsələnin mahiyyəti budur. Hesab edirəm ki, bu
kifayət qədər əsaslandırılmış mövqedir. Qətiyyən cəmiyyətə populist
bir ideya çıxartmaq niyyətində deyiləm. Bu məsələnin müəyyən
tərəfdarları da var. Lakin cəmiyyət, içi mən qarışıq daha çox
ermənilərin işğalı, törətdikləri soyqırımılar mövqeyindən çıxış
edir və haqlı düşmənçilik arqumentləri üzərində dayanır. Amma mənim
dediyim məsələ Qarabağın işğalının üzərindən keçməklə qardaşlıq,
əmin-amanlıq, sülh, dostluq təklifi deyil. Bu formada başa düşmək
yanlışdır. Kim belə təqdim edərsə, onun millətçiliyini saxta
sayacam. Mən millətimi, vətənimi heç kimdən az sevmirəm. Bu sadəcə
olaraq Qarabağ məsələsinə fərqli baxışdır. Dünyada konfliktlərin
situasiyasında belə addımlar atılır. Biz də kənarda qalmalı
deyilik.
Asif Nərimanlı
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO