• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Braziliya ilə siyasi məsləhətləşmələr keçirilib

  • Nida.az
  • 28 Mart 2014 19:54
  • 363 Baxış
Braziliya ilə siyasi məsləhətləşmələr keçirilib

Braziliada Azərbaycan Respublikası və Braziliya Federativ Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Azərbaycan tərəfini Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Yaşar Əliyev təmsil edib.

Məsləhətləşmələr zamanı Azərbaycan və Braziliya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq perspektivləri müzakirə edilib. Y.Əliyevin Braziliya Xarici İşlər Nazirliyinin baş katibi Eduardo dos Santos ilə görüşü keçirilib.

Bundan əlavə, səfir Braziliya Milli Konqresinin üzvləri, o cümlədən Deputatlar Palatasında Braziliya-Azərbaycan Dostluq Qrupunun sədri Klaudio Kajado Sampayo ilə görüşlər keçirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR