• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Milli Məclisdə Avropa İttifaqı ilə görüş keçirilib

  • Nida.az
  • 28 Mart 2014 20:19
  • 437 Baxış
Milli Məclisdə Avropa İttifaqı ilə görüş keçirilib

Bu gün Milli Məclisdə Avropa Parlamentinin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin Büro iclası keçirilib.

Milli Məclisin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Komitənin həmsədri, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov iclası açaraq Avropa Parlamenti ilə əməkdaşlığın tarixindən bəhs edib. Bərabərhüquqlu tərəfdaş kimi bu qurumla əməkdaşlığa hər zaman hazır olduğumuzu deyi. Bildiriv ki, əməkdaşlıq dövründə parlamentarilər arasında yaranmış dostluq əlaqələri uzun illər davam edəcək və Azərbaycanla Avropa İttifaqının münasibətlərinə öz müsbət təsirini göstərəcək. V.Ələsgərov Büronun iclasına uğurlar arzulayıb və bütün iştirakçıları açıq müzakirəyə dəvət edib.

Tədbirin açılış mərasimində çıxış edən Avropa Parlamenti nümayəndə heyətinin rəhbəri, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Milan Kabrnox hazırkı görüşün təşkilinə görə minnətdarlığını bildirib. Bakıda görüşməyin faydalı və vacib olduğunu qeyd edib. Azərbaycan hökumətinin iclasda iştirak edən nümayəndələri ilə dəfələrlə görüşdüyünü və səmərəli müzakirələr apardığını vurğulayıb. Bildirib ki, Azərbaycan nəinki bu bölgədə, ümumiyyətlə, Avropa Parlamenti ilə ən sıx əməkdaşlıq edən ölkələrdən biridir. M.Kabrnox təmsil etdiyi qurum adından vurğulayıb ki, Azərbaycanı dost, demokratik ölkə kimi tanıyırıq və ərazi bütövlüyünü tam dəstəkləyirik. Qonaq Avropanın siyasət məkanında baş verən hadisələrə toxunub, ölkəmizin iqtisadi inkişafına xüsusi maraq göstərdiklərini qeyd edib.

Sonra Büro iclasının gündəliyindəki məsələlərin müzakirəsi başlanıb. Əvvəlcə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin, iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənovanın, Ədliyyə Nazirliyinin idarə rəisi Faiq Qurbanovun və Təhsil Nazirliyinin şöbə müdiri Fariz Rzayevin çıxışları dinləniliv. Xarici siyasətimizin prioritetləri, iqtisadi nailiyyətlərimiz, ədliyyə, hüquq və təhsil sistemində aparılan islahatlar, uğurla tətbiq edilən "ASAN xidmət" və s. barədə danışan Azərbaycan hökumətinin nümayəndələri qonaqları maraqlandıran suallara ətraflı cavab veriblər.

İclasda Azərbaycan Parlamentinin nümayəndələri ilə Avropa Parlamentinin üzvləri arasında fikir mübadiləsi aparılıb. Büro iclasının yekununda təşkilati məsələlərə baxılıb.

Tədbirdə Avropa Parlamentinin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi həmsədrinin müavini Çingiz Əsədullayev, həmçinin komitə üzvləri Jalə Əliyeva, Asim Mollazadə, Rauf Əliyev, Avropa Parlamenti nümayəndə heyətinin üzvlərindən Yan Brezina, Filip Kamaris, Yakub Qeie və digər rəsmi şəxslər iştirak ediblər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR