Nida.az
Azərbaycan və Ermənistan XİN rəhbərləri Moskvada görüşəcəklər
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan XİN rəhbəri Edvard Nalbandyan iki ölkənin prezidentlərinin yaxın gələckdə görüşünü hazırlamaq məqsədilə apreldə Moskvada görüşəcəklər. Bu barədə məlumat təşkilatın rəsmi saytında yerləşdirilib.
ATƏT-in Minsk qrupunun həmsədrləri səfir İqor Popov (Rusiya),
Jak For (Fransa) və Ceyms Uorlik (ABŞ) martın 23-dən martın 24-dək
Haaqada Azərbaycan prezidenti İlham Əliyevlə və Ermənistan
prezidenti Serj Sarqsyanla görüşlər keçiriblər. ATƏT-in fəaliyyətdə
olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik həmçinin
iclaslarda iştirak edib.
Həmsədrlər noyabrda yüksək səviyyədə görüşün gedişatında
qaldırılmış məsələlər üzrə xarici işlər nazirləri ilə görülmüş
işlər haqqında prezidentlərə məlumat veriblər.
Həmsədrlər sərhəddə və təmas xəttində zorakılığa yol verilməməsinin
vacibliyini vurğulayıblar və tərəfləri regionda gərginliyi artıra
biləcək təcavüzkar ritorikadan uzaq olmağa çağırıblar.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!