• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Suriyada döyüşən azərbaycanlılar qanun qarşısında cavab verməli olacaqlar - AÇIQLAMA

  • Nida.az
  • 29 Mart 2014 13:15
  • 661 Baxış
Suriyada döyüşən azərbaycanlılar qanun qarşısında cavab verməli olacaqlar - AÇIQLAMA

"Suriyada döyüşlərdə iştirak etmək üçün həmin ölkəyə gedən azərbaycanlılar geri qayıdanda qanun qarşısında cavab verməli olacaqlar". Publika.Az-ın məlumuta görə, bunu jurnalistlərə Milli Məclisinİnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib.

R. Aslanova qeyd edib ki, Suriyaya gedən azərbnaycanlılar qanunlarımızın əsas müddəalarını bilməlidirlər: "Suriyaya gedən insanlarımızın da geri qayıdacağına inanıram. Bu azərbaycanlıların geri qayıdanda qanun qarşısında cavab verməli olacaqlar. Bu Azərbaycan vətəndaşlarının bu gün Suriyada başlarına gələnlər, hər bir ölüm xəbəri bizi narahat edir. Övladları Suriyaya gedən valideynlərin də vəziyyətini başa düşürəm. Heç bir ana övladının xarici ölkədə ölməsini istəməz".

R.Aslanova həmçinin qeyd edib ki, Suriyaya Azərbaycan gənclərinin getməsi prosesi artıq dayanıb.

Onun sözlərinə görə, hazırda Suriyada müxtəlif qruplaşmadarın tərkibində olan azərbaycanlı gənclər öncədən bu ölkəyə gedənlərdir: "Gənclərimiz bilməlidirlər ki, muzdla başqa ölkələrdə vuruşmaq qanunun əsas müddəalarının pozulması deməkdir. Bu gənclərin belə bir yol seçmələrində qanunları bilməmələri, məlumatsızlıqları əsas rol oynayıb".

R.Aslanova əlavə edib ki, gənclərimiz müəyyən qüvvələrin təsiri altında bu yola düşüblər: "Hazırda gənclərin maarifləndirilməsi istiqamətində işlər aparılır, qanunlarımız sərtləşdirilib".

R. Aslanova qeyd edib ki, gənclərimizin Suriyada ayrı-ayrı qruplaşmaların tərkibində döyüşməsi ölkələr arasındakı münasibətlərə də pis təsir edir.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR