Nida.az
“Rusiya Cənubi Qafqaza girməyə hazırlaşır” - Şok iddia
“Rusiya Azərbaycana girməyə hazırlaşır. Dağıstanda rus ordusunun
təlimlərə başlaması göstərir ki, Kremlin belə planları var. Çünki
Rusiyanın Dağıstanda hərəkətlənməsində başqa hədəfi ola bilməz.
Hədəf Azərbaycandır”.
Bu barədə politoloq Hikmət Hacızadə Publika.Az -a açıqlamasında Rusiyadan Azərbaycana qarşı ola biləcək təhlükələri şərh edərkən deyib.
Hazırda Rusiya təhlükəsinin böyük olduğunu deyən politoloq
bildirib ki, Azərbaycan hər şeyə hazır olmalıdır. Onun sözlərinə
görə, təhlükə təkcə Azərbaycan yox, həmçinin bütün post-sovet
respublikalarına var.
H. Hacızadə hesab edir ki, Rusiya Azərbaycana hərbi müdaxilə etsə
bunu iki istiqamətdən həyata keçirəcək: “Şimal zonası və
Qarabağdan. Lakin bununla yanaşı Azərbaycanın daxilində iğtişaş
törədib bura desant da göndərə bilər və əsaslandırar ki, orda
camaatı qırırlar, mən müdafiə etməyə gəlmişəm. Dövlət Dumasındakı
sonuncu qanun dəyişikliyindən sonra bu realdır.
Politoloq əlavə edib ki, Moskvanın Cənubi Qafqazda iki hədəfi
var.“Bu hədəflər Gürcüstan və Azərbaycandır. əgər Gürcüstanı
tutsalar bu, Azərbaycana, Azərbaycanı tutsalar, Gürcüstana təsir
edəcək. Burda bilavasitə əlaqə var”-deyə o vurğulayıb.
Asif
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı