• USD 1,7022 0,00% EUR 1,8999 0,00%
    • GBP 2,1620 0,00% RUB 0,0285 0,00%

Sabah Türkiyədə kim qalib gələcək?- Seçki texnoloqunun şərhi

  • Nida.az
  • 29 Mart 2014 15:17
  • 1 878 Baxış
Sabah Türkiyədə kim qalib gələcək?-  Seçki texnoloqunun şərhi

“Türkiyədə sabah keçiriləcək bələdiyyə seçkilərində konkret kimin qalib gələcəyini proqnozlaşdırmaq çətindir. Hesab edirəm ki, səslər arasındakı fərq cüzi olacaq. Ola bilsin ki, AKP kiçik səs çoxluğu ilə digərlərini üstələsin”.

Bu barədə AVCİYA-nın vitse-prezidenti, siyasi texnologiyalar üzrə ekspert Vəli Əlibəyli Publika.Az -a açıqlamasında Türkiyədə sabah keçiriləcək bələdiyyə seçkilərini şərh edərkən deyib. Ekspert qeyd edib ki, Türkiyədə müxalifətində hazırda AKP ilə mübarizə aparacaq elə bir güc qalmayıb. Onun sözlərinə görə, AKP əlindən gələni hər şey edib ki, müxalifəti zəiflətsin: “Həbslər vasitəsilə, yaxud müəyyən sanksiyalar tətbiq etməkdə bir qədər buna nail də olub. Amma AKP-nin öz durumu da ürəkaçan deyil. Son şok iddialardan, açıqlamalardan sonra onların da nüfuzuna ciddi zərbə dəyib. Hətta indi seçkilərə getməsi və müəyyən nəticə əldə etməsinin yeganə əsas şərti kimi Baş nazirin güclü siyasətçi olması ilə əlaqələndirirəm. Onun natiqlik qabiliyyəti, insanları inandırmaq bacarığı hələ də AKP-nin səs toplamasına imkan verir. Lakin son dövrlər baş verənlər AKP-nin imicinə və toplayacağı səslərə təsir etdiyini göstərir. İndi ümumi olaraq hamının şansının eyni qiymətləndirmək olar. Sadəcə olaraq regionlarda kimin daha üstün olduğuna baxmaq lazımdır”.

V. Əlibəyli partiyaların bələdiyyə sədrliyinə irəli sürdüyü namizədlər arasında erməni əsilli Türkiyə vətəndaşlarının da olmasına diqqət çəkib.

“Baxmayaraq ki, gələn il Türkiyə üçün qondarma “erməni soyqırımı”na görə çətin il olacaq, hazırki namizəd siyahılarında ermənilərin adına rast gəlmək olur. Ən maraqlısı isə həmin erməni əsilli namizədlərin bu soyqırımı məsələsində birmənalı mövqe nümayiş etdirməməsidir. Anlayıram ki, bu seçkidir və əsas siyasət səslər üzərində qurulur. Lakin bu məsələ gələcəkdə Türkiyə daxilində 5-ci kolonun güclənməsinə səbəb olacaq və məhz soyqırımı iddialarında daxildən zərbələr alacaqlar”-deyə ekspert bildirib.

Asif

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR