Siyavuş Novruzov: “Söyün Sadıqov Jirinoviskiyə “şestyorkalıq” edir”
Bizi izləyin

Nida.az

Siyavuş Novruzov: “Söyün Sadıqov Jirinoviskiyə “şestyorkalıq” edir”

Siyavuş Novruzov: “Söyün Sadıqov Jirinoviskiyə “şestyorkalıq” edir”


“Söyün Sadıqov belə cəsarətlidirsə, dilqoparandırsa Azərbaycan xalqının təhqir edən Jirinoviskinin dilini qoparsın, onun cavabını versin. Belə çıxır ki, Söyün Sadıqov Jirinoviskiyə “şestyorkalıq” edir. Getsin Jirinovskinin dilini qoparsın, çünki yanındadır, uzaqda deyil”.

Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Publika.Az -a açıqlamasında “Azərros”un təsisçisi Söyün Sadıqova onun haqqında dediyi “dilini qopardaram” ifadəsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Söyün Sadıqov təlxəklik edir.

S. Novruzov bildirib ki, bu sözlərlə S. Sadıqov öz səviyyəsini bir daha göstərdi: “Söyün Sadıqov bazar adamıdır. Bunu dəfələrlə demişəm, indi də o fikirdəyəm. Onun Azərbaycanla bağlı, həmçinin Rusiyada yaşayan azərbaycanlılarla bağlı danışmaq haqqı yoxdur. O, ötən il oktyabr seçkilərinə qədər Azərbaycanən əleyhinə danışırdı. Sonra səsini kəsdi. Söyün Sadıqov kimilər Ukraynada baş verənlərdən sonra ortaya çıxdılar. Ona görə də onun kimə xidmət etdiyi və hansı məqsədi olduğunu hamı yaxşı bilir”.

S. Novruzov əlavə edib ki, S. Sadıqova cavab verib onun səviyyəsinə düşmək fikrində deyil.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm