ABŞ Ermənistana münasibətini sərtləşdirir
Bizi izləyin

Nida.az

ABŞ Ermənistana münasibətini sərtləşdirir

“Ağ Ev 2015-ci ildə ermənilərin “soyqırımı” məsələsinə münasibətini Ermənistanın Krım məsələsindəki mövqeyi ilə uzlaşdırmayacaq”.

“Ağ Ev 2015-ci ildə ermənilərin “soyqırımı” məsələsinə münasibətini Ermənistanın Krım məsələsindəki mövqeyi ilə uzlaşdırmayacaq”.

Bunu erməni saytına müsahibəsində Xarici Siyasət üzrə Amerika Şurasının Avrasiya və Avropa regionu üzrə aparıcı mütəxəssisi Ueyn Merri deyib.

Onun sözlərinə görə, Ermənistanın Krımla bağlı mövqeyi çətin ki, kimisə təəccübləndirsin. “Bu mövqe Ermənistanın bir sıra Avropa hökumətləri ilə və əlbəttə ki, ABŞ-la münasibətlərində nahamarlıq yaradacaq. Mən bilirəm ki, bizim səfir Con Xeffern Ermənistanın hərəkətləri ilə bağlı həddən artıq sərt danışıb. Bununla belə, situasiyanın Vaşinqton-İrəvan münasibətlərinə necə təsir edəcəyini söyləmək hələ tezdir ”, - deyə ekspert qeyd edib. /Musavat.com/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm