Müsavat Türkiyədəki seçkilərə münasibət bildirdi
Bizi izləyin

Nida.az

Müsavat Türkiyədəki seçkilərə münasibət bildirdi

Müsavat Türkiyədəki seçkilərə münasibət bildirdi


Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Türkiyədə dünən keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinə münasibət açıqlayıb.

Publika.Az xəbər verir ki, Müsavat rəsmisi “Feysbuk” səhifəsində Türkiyənin azərbaycanlılar yaşayan bölgələrində MHP qələbə çaldığına sevindiyini yazıb: “Şükür ki, bizim üçün çox mühüm olan Qars və İqdırda MHP namizədləri, Diyarbəkir istiqamətində olan bəzi bələdiyyələrdə isə BDP deyil, AKP namizədləri öndədir”.

A.Hacılı Türkiyədəki seçkiləri demokratik keçirildiyini bildirib.
“Türkiyədəki bələdiyyə seçkilərində bizim üçün ən vacib olanı seçkilərin demokratik keçirilməsi, Türkiyə xalqının öz iradəsini sərbəst şəkildə ifadə etmək imkanlarının məhdudlaşdırılmamasıdır. Əvvəlki seçkilərdən fərqli olaraq bu seçkilərdə bəzi pozuntular barədə gələn xəbərlər narahatvericidir”-deyə o bildirib.

Qeyd edək ki, seçkinin ümumi nəticələrinə görə AKP qələbə çalıb. Lakin Ərdoğanın partiyası İstanbulda qələbə çalsa da, Ankarada son nəticələr açıqlanmayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm