Nida.az
Mehdibəy Səfərov təxribatçı talışları tənqid etdi
Azəri-Talış İctimai Birliyinin sədri Mehdibəy Səfərov son günlər talışəsilli bəzi şəxslərin sosial şəbəkələrdə təxribatçı davranışlarının tənqid edib.M. Səfərov Publika.Az -a açıqlamasında bildirib ki, bəzi qüvvələr merkantil maraqlardan çıxış edir: “Rusiyanın Ukraynaya qarşı əzələ nümayişi və Krımın dünyanın gözü qarşısında işğalı, ağlı başında olan hər kəsi hiddətləndirdi. BMT- də, nüfuzlu Avropa təşkilatlarında gedən müzakirələr də göstərdi ki, XXI əsrdə bu sayaq dövləti dərəbəylik yolverilməzdir.
Heyf ki, bəzi qüvvələr merkantil maraqlardan çıxış edərək, faktı təhrif edir və qatığa qara, haqqa nahaq deyirlər. Bu xüsusda, bu günlər bəzi dırnaqarası “Talış vətənsevərləri” “Facebook” səhifəsində paylaşdıqları fotoşop olunan şəkili göstərmək olar. Diqqət yetirin: şəkilin əsli “Talış dilim, ana dilim!” olduğu halda onun forma və məzmununu fotoşop vasitəsilə dəyişərək, elədiklərinin məkrli mahiyyət daşımasının fərqində olmayıblar. Bu acı təəssüf hissi doğurur. Mən bütün bunlara ölkəsini, onun müstəqilliyini sevən bir Azərbaycan vətəndaşı, eləcə də öz xalqını, onun dilini, dinini və mənəviyyatını hər vaxt uca, müqəddəs tutan sadə bir talış övladı kimi yanaşıram. Ciddi beynəlxalq kataklizmdən xəbər verən hadisələr özünə böyük məsuliyyət hissi ilə yanaşmağı tələb edir. Çünki bu, göründüyündən daha həssas bir məsələdir!”.
M. Səfərov hökuməti zaman-zaman tənqid etdiyini,
aparılan daxili siyasəti bəyənmədiyini deyib.
“Bütün bunlara baxmayaraq, biz Krım məsələsinə Azərbaycan
Respublikasının dövlətçilik maraqları prizmasından yanaşır və onun
Ukraynanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına
tərəfdarıq”-deyə o bildirib.
Asif
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır