• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

"Azərbaycanda da nurçuluğa qarşı əməliyyat genişlənəcək” - Yeniləndi

  • Nida.az
  • 31 Mart 2014 16:30
  • 795 Baxış
"Azərbaycanda da nurçuluğa qarşı əməliyyat genişlənəcək” - Yeniləndi

“Seçicilərin cəmi 46 faiz səsini qazanan bir partiya ölkəni tək idarə etmək iddiasında ola bilməz”.

Bu sözləri “Axar.az”a millət vəkili Sabir Rüstəmxanlı Türkiyədəki seçki nəticələrini şərh edərkən bildirdi. Onun fikrincə, bu seçkilərə qiymət vermək çox çətindir:

“Seçki zamanı bir neçə məntəqədə işıqların sönməsinin və seçki bülletenləri ilə dolu çuvalların əllərdə gəzməsinin səbəblərini anlamadan bu seçkilərə qiymət vermək çox çətindir. Ancaq gözlənilən nəticələrdir. MHP və CHP-nin ümumilikdə səs faizləri AKP-nin səs faziləri ilə təxminən eyni idi. Bu onu göstərdi ki, ölkə üzrə tam nəzarətin ancaq bir partiyanın, yəni AKP-nin əlində olması artıq geridə qalıb. Seçicilərin cəmi 46 faizini qazanan bir partiya ölkəni tək idarə etmək iddiasında ola bilməz. Böyük ehtimalla növbəti parlament seçkilərində də AKP bu rəqəmlərə uyğun nəticə göstərəcək”.

Millət vəkilinin sözlərinə görə, bu seçkilərin nəticələrindən razı olmayan xalq növbəti seçkiyə kütləvi iğtişaşlarla hazırlaşacaq: “Türkiyədə növbəti iğtişaş dalğası gözləniləndir. Avqust ayında gözlənilən parlament seçkilərinə kimi iğtişaşlar daha da kütləviləşəcək”.

S.Rüstəmxanlı hesab edir ki, Ərdoğan hakimiyyətinin növbəti qələbəsi Türkiyədə nurçulara qarşı əməliyyatları daha da artıracaq: “Çoxdan başlayan bu əməliyyatlar daha da genişlənəcək. Azərbaycana da təsirsiz ötüşməyəcək. Demək olar ki, bu əməliyyatların dalğası Azərbaycana çoxdan gəlib. Nurçuluq ciddi təhlükədir”.

Deputat deyir ki, son dövrlər Türkiyədə baş verən olaylar, nurçulara qarşı təzyiqlər, qarşılıqlı ittihamlar seçki kampaniyası idi: “Bütün bunlar AKP-nin səs çoxluğuna hesablanmış addımlar idi. Seçkiöncəsi baş verən bu hadisələrin nəticələrə çox böyük təsiri oldu”.

12.30

“Seçkinin nəticələri mövcud siyasi mənzərəni yetərincə əks etdirmir. Baxmayaraq ki, bunu demək müəyyən sübutlar da istəyir, amma hər-halda şübhələr var. Hakimiyyətdəki imkanlar baxımından isə ümumi olaraq AKP-nin qələbə çalacağı isə gözlənilən idi”.

Bu barədə Vətəndaş Həmrəyliyi Partiyasının sədri, MHP ilə sıx əlaqələri olan millət vəkili Sabir Rüstəmxanlı Publika.Az -a açıqlamasında Türkiyədə keçirilən bələdiyyə seçkilərinin nəticələrini şərh edərkən deyib.
Lakin o, hesab etmir ki, bununla siyasi mübahisələr, və yaranmış siyasi gərginlik bitəcək. Millət vəkilinin sözlərinə görə, Türkiyədəki siyasi gərginlik avqust ayında keçiriləcək prezident, daha sonra parlament seçkilərinə qədər davam edəcək: “Bu seçkilərin nəticələri siyasi debatların bitməsi anlamına gəlməməlidir. Hesab edirəm ki, Türkiyədə parlament seçkilərində iki partiyanın koalision hökumət yaradacağına qədər gərginlik də davam edəcək. Hadisələr göstərir ki, bu ölkədə tək partiyalı iqtidar problemlər yaradır və cəmiyyətdə narazılıqla qarşılanır”.

Üçüncü yerdə olan MHP-nin nəticələrinə münasibət bildirən S. Rüstəmxanlı MHP ötən seçkilərə nisbətən səsini bir qədər də artırıb.

“Amma təəssüf ki, bəzi bölgələrdə, şəhərlərdə uduzub. Misal üçün Adana kimi böyük şəhərdə qazanması böyük uğurdur, amma eyni zamanda başqa vilayətlərin bəzi şəhərlərində uduzması təəssüf doğurur. Xüsusilə İqdırda MHP qalib gəlməli idi. Çünki bura Azərbaycanla sərhəd bölgəsidir və burda əsasən Azərbaycan türkləri yaşayır. Bütün təhlillər göstərirdi ki, orda MHP qalib olacaq. Son anda BDP qalib gəldi. MHP-nin burda məğlub olması Azərbaycana da təsir göstərəcək. Separatçı qrupların təsiri altında olan bölgələrdə isə AKP və digər partiyaların aşağı səs alması gedən proseslərin mənzərəsidir. Bu bizim üçün həyəcan siqnalıdır”-deyə S. Rüstəmxanlı qeyd edib.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR