Köməkçisi Kılıçdaroğlunun istefasından danışdı - Özəl
Bizi izləyin

Nida.az

Köməkçisi Kılıçdaroğlunun istefasından danışdı - Özəl

Köməkçisi Kılıçdaroğlunun istefasından danışdı - Özəl


“Kamal bəyin istefası xəbəri yalandır. Sədrimiz iş başındadır”.Bu barədə Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun köməkçisi Baki Özilhan Publika.Az -a eksklüziv açıqlamasında K. Kılıçdaroğlunun istefası xəbəri ilə bağlı deyib.

B. Özilhan belə xəbərlərin yayılma qaynağı haqqında danışmaq istəmədiyini deyib.“Sadəcə onu deyə bilərəm ki, bunlar doğru deyil, yalan xəbərlərdir”-deyə o bildirib.

Bu gün səhər saatlarında K. Kılıçdaroğlunun CHP sədrliyinin istefası xəbərləri sosial şəbəkələrdə yayılmağa başlayıb. Seçkinin nəticələrinin elan olunmasından sonra kameralar qarşısına çıxmayan Kılıçdaroğlunun istefa verdiyi, partiya yoldaşlarının onu bu addımından çəkindirməyə çalışdıqları bildirilib.

Qeyd edək ki, Türkiyədə dünən keçirilən bələdiyyə seçkilərində AKP üstünlük əldə edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm