“İttifaqı o yaratmayıb”- Rüstəm İbrahimbəyova kimlər “gəlmə” deyib?
Bizi izləyin

Nida.az

“İttifaqı o yaratmayıb”- Rüstəm İbrahimbəyova kimlər “gəlmə” deyib?

“İttifaqı o yaratmayıb”- Rüstəm İbrahimbəyova kimlər “gəlmə” deyib?


“Rüstəm İbrahimbəyovun Azərbaycana gəlməsindən narahat deyiləm. Bu mənim üçün problem deyil”.
Bu barədə Azərbaycan Kinomatoqrafçılar İttifaqının üzvü, kinorejissor Şamil Nəcəfzadə Publika.Az -a açıqlamasında Rüstəm İbrahimbəyovun ittifaqın bir neçə əməkdaşının taleyi ondan asılı olduğu üçün Bakıya gələ bilmədiyi haqqında açıqlamasına münasibət bildirərkən deyib.

Ş. Nəcəfzadə qeyd edib ki, R. İbrahimbəyovun Bakıya gəlib-gəlməməsi özünə bağlı olan məsələdir: “Azad şəxsdir, bu da onun şəxsi işidir. Şəxsən mən öz payıma deyə bilərəm ki, onun gəlməsindən mən narahat deyiləm. Sadəcə olaraq, mənim şəxsi işlərim çox olduğu üçün ittifaqda baş verənlərdən o qədər də xəbərim yoxdur. Hazırda “Qarabağ uşaqları” filmi üzərində işləyirəm”.

R. İbrahimbəyovun gəlməsinin ittifaq əməkdaşlarına hansı problem yarada biləcəyinə gəlincə, Ş. Nəcəfzadə qeyd edib ki, ittifaq kiçik yer deyil: “Burda 200-ə qədər üzv var. İttifaqı da Rüstəm İbrahimbəyov yaratmayıb. Mənim ittifaq biletimin üzərində də onun imzası yoxdur. Hesab etmirəm ki, kiminsə üçün onun gəlməyi problem yarada bilər. Mənim əsas narahatçılığım ittifaqla bağlıdır. Çünki bu ittifaq vaxtilə beynəlxalq qurum kimi idi, MDB məkanında bir çox ölkələrin kinomatoqraçıları ilə asalnlıqla əlaqələr qura bilirdik. Sadəcə hər şeyi Azərbaycan sayağı ucuz dedi-qoduya çevirirlər. Bu təəssüf yaradır”.

Qeyd edək ki, R. İbrahimbəyov “Azərbaycana dönməyim məndən asılı deyil, Azərbaycan Kinematoqrafçılar İttifaqının bir neçə əməkdaşının taleyi mənimlə bağlıdır. Onlar məndən xahiş ediblər ki, hələlik Azərbaycana gəlməyim” deyib.Lakin o konkret kimə problem yarada biləcəyini açıqlamayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm