Türkiyə müxalifəti Azərbaycan müxalifəti ilə eyni gündə imiş? - Baxış
Bizi izləyin

Nida.az

Türkiyə müxalifəti Azərbaycan müxalifəti ilə eyni gündə imiş? - Baxış

Türkiyə müxalifəti Azərbaycan müxalifəti ilə eyni gündə imiş? - Baxış


“Ərdoğanın udacağını əvvəlcədən proqnozlaşdırmışdım, amma bu qədər yüksək səs toplamağı mənim üçün təəccüb doğurdu. Hiylə olduğu, rüşvət verildiyi və qeyri-qanuni seçki keçirildiyi deyilir, amma hər halda Gülən Camaatı ilə intriqası və seçkiqabağı böyük korrupsiya faktlarının meydana çıxması nəzəri olaraq Ərdoğanın səs itirəcəyini deməyə əsas verirdi”.

Bu barədə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Publika.Az -a açıqlamasında Türkiyədə keçirilən bələdiyyə seçkilərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, AKP uğurlu seçki kampaniyasını apardı, mitinqlərə 2 milyona yaxın adam toplaya bilirdi, bir sözlə yerlərdə işi düzgün qurmuşdular: “Nəticə Ərdoğan siyasətinin Türkiyə xalqının böyük əksəriyyəti tərəfindən dəstəkləndiyindən xəbər verir. Bu cür vəziyyətlərdə müxalifətin kifayət qədər dağınıq olması onun uduzmağına səbəb olur. Seçkidə 26 partiya iştirak edirdi, onun 25-i AKP-yə müxalif idi. Necə qələbə qazanmaq olar? Müxalifət vahid cəbhədən getsəydi udardı. Amma səslərin dağınıq olması və müxalifətin bir-biri ilə mübarizə aparması hakimiyyətin xeyrinə işlədi”.

S. Cəlaloğlu qeyd edib ki, Ərdoğan hakimiyyətdən getsəydi, Türkiyədə çox ciddi problemlər olacaqdı.
“Çünki Ərdoğanın Türkiyəni indiyədək gətirdiyi nöqtədən geri qayıtması Türkiyə üçün çox böyük zərbə olardı. Bizim üçün seçkilərin qanuni və demokratik keçirilməsi, tərəflərin seçkilərin nəticələrini qəbul etməsi və Türkiyənin sabitliyi məsələsidir”-deyə o bildirib.

İqdırda BDP-nin qalib gəlməsinə də münasibət bildirən ADP sədri bildirib ki, BDP kifayət qədər resurs sərf etdiyinə görə, qələbə çaldı: “Dünyada sübut olunub ki, seçkinin taleyini həll edən birinci məsələ maliyyə resurslarıdır. Görünür kürdlər orada işi daha düzgün qurublar. Bunun özü də demokratiyanı göstərir ki, bir kürd əgər türklərin yaşadığı ərazidə udursa, onda elə kürdlərin guya sıxışdırıldığı barədə kartı əldən çıxır. Kürdlər MHP kimi millətçi partiyanın elektoratının səsini ala bilibsə, deməli Türkiyədə həqiqətən demokratiya var. Ola bilsin ki, kürd özü də MHP üzvüdür, kürdün MHP üzvü olmasını qadağan edən bir müddəa yoxdur”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm