• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Elxan Süleymanov: ”2015-ci ildə millət vəkili seçilə bilməsəm..” - Foto

  • Nida.az
  • 1 Aprel 2014 12:28
  • 3 076 Baxış
Elxan Süleymanov: ”2015-ci ildə millət vəkili seçilə bilməsəm..”  - Foto

“Azərbaycanda ermənilərə havadarlıq edənlər var”

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Avronest Parlament Assambleyasının vitse-prezidenti, Milli Məclisin deputatı Elxan Süleymanovun Publika.Az-a müsahibəsi:

-AŞPA-nın növbəti sessiyasında Azərbaycanla, o cümlədən Dağlıq Qarabnağla bağlı dinləmələr olacaqmı?

-Ermənilərin Azərbaycana qarşı hərbi təcavüzü, işğalçılıq siyasəti və Dağlıq Qarabağla bağlı biz beynəlxalq təşkilatlarda müvafiq işlər görürük. Bu ilin 7-12 aprel tarixlərində Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti sessiyası keçiriləcək. Bu sessiyada Dağlıq Qarabağla bağlı müvafiq qətnamə layihələrinin müzakirəsi nəzərdə tutulub.

Onu da qeyd edim ki, ermənilər bizim qətnamə layihələrimizin qəbulunun qarşısını almaq üçün bütün güclərini səfərbər ediblər. Ancaq mən ümid edirəm ki, biz bu sessiyadan nailiyyətlə qayıdacağıq. Həmin vaxtı biz daha konkret, yəni əməli iş ortaya qoyacağıq. İnşallah erməniləri növbəti dəfə ifşa edən müvafiq sənədin qəbuluna nail olacağıq.

-Son vaxtlar sizinlə bağlı mətbuatda tənqidi və sərt yazılar dərc olunur. Həmin yazılardan xəbəriniz varmı və bunu necə qarşılayırsınız?

-Mən düşünürəm ki, hər bir azərbaycanlının, hətta Azərbaycanda yaşamayan azərbaycanlının bir problemi var- o da ermənilərin Azərbaycan torpaqlarını hərbi işğalı, soyqırım və torpaqlarımızın hələ də erməni tapdağı altında olmasıdır. Mənim üçün bu hər gün, hər saniyə düşünülən bir amaldır. Ona görə də mən bu fəaliyyətimi davamlı olaraq həyata keçirirəm. Hətta mən millət vəkili olmamışdan öncə də AVCİYA-nın bu istqamətdə layihələrini həyata keçirmişəm.

Bu gün də bunu davam etdirirəm, hətta 2015-ci ildə millət vəkili seçilə bilməsəm belə yenə də bu fəaliyyətimi davam etdirəcəm. Biz hər dəfə erməni işğalı ilə bağlı konkret məsələlər ortaya qoyuruq. Şübhəsiz ki, ermənilər haqqında qoyulan konkret məsələ və bu işin davamlı şəkildə mübarizəsi erməniləri çox narahat edir. Bu da çox təbiidir. Ancaq mən deyərdim ki, mənim bu mübarizəm təkcə erməniləri deyil, eyni zamanda Azərbaycanın özündə də bəzi adamları narahat edir. İndi Azərbaycanın özündə də ermənilərə havadarlıq edənlər var. Misal üçün, bu yaxınlarda mən Avropa institutlarının prezidentlərinə, Avropa Parlamentinin üzvlərinə və Avropa Şurasının deputatlarına Ukrayna məsələsi ilə bağlı öz münasibətimi bildirdim. Sonra mən olanları görüb dəhşətə gəldim. Mənə qarşı Azərbaycanın bir sıra mətbu orqanlarında yazılar getdi. Mən bunu eşidib həm təəccübləndim, həm də təəccüblənmədim. Təəccübləndim ona görə ki, mən Sərsəng su anbarı məsələsini, Naxçıvan Muxtar Respublikasının blokadasını, Azərbaycan torpaqlarının hərbi işğalını qaldırmışdım. Bu heç kəsə sirr deyil ki, 25 ildir Avropa institutları, Avropa Parlamenti, AŞPA, BMT, ATƏT Parlament Assambleyası ermənilərə havadarlıq edir, susur. Amma düşünməzdim ki, Azərbaycan dövlətinin və xalqının maraqlarına xidmət edən bütün bu məsələləri mən qaldıran zaman Azərbaycanda da ermənilərə havadarlar ola bilər. Çox təəssüf ki, hazırda da Azərbaycanda ermənilərə havadarlıq edənlər var. Ancaq mən bu cür yazıları görüb heç əsəbləşmirəm, təbii hal hesab edirəm. Məni bütün bunlar mübarizəmdən çəkindirə bilməz. Mən bu gün sizin kimi jurnalistlərə minnətdaram ki, ermənilərin azərbaycanlılara qarşı soyırımlarını yazırsınız. Biz haradan bilə bilərik ki, ermənilər bundan sonra da bizə qarşı soyqırımlar törətməyəcək? Biz ona görə bu kampaniyanı aparırıq.

-Krıma muxtariyyət verilməsi ilə bağlı münasibətinizi bilmək istərdik...

-Mən bu məsələyə konkret cavab vermək istəyirəm. Beynəlxalq hüquqda ölkənin ərazi bütövlüyü insanların öz müqəddəratını həll etmə prinsipindən yüksəkdə dayanır. Əlbəttə ki, mən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirəm.

Vasif Həsənli

Fotolar müəllifindir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR