Nazirlikdən subsidiyaların mənimsənilməsi ittihamına - MÜNASİBƏT
Bizi izləyin

Nida.az

Nazirlikdən subsidiyaların mənimsənilməsi ittihamına - MÜNASİBƏT

Nazirlikdən subsidiyaların mənimsənilməsi ittihamına MÜNASİBƏT

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev fermerlərə ayrılan subsidiyaların mənimsənilməsi ittihamı ilə kənd təsərrüfatı nazirinin sabiq müavini Aslan Aslanovun həbs ediləcəyi barədə mediada dərc olunan yazıya münasibət bildirib.

Nazirlik rəsmisi Publika.Az-a açıqlamasında deyib ki, Aslan Aslanov Kənd Təsərrüfatı Nazirliyində nazir müavini işləyən zaman subsidiyalar onun ukrasiyasına daxil olmayıb: “Onun ukrasiyasına heyvandarlıq və bitkiçilik sahələri daxil olub. Yəni, subsidiyalar Aslan Aslanovun sahəsinə aid olmayıb. Subsidiyalarla bağlı respublika komissiyası olub ki, onun da rəhbəri nazir olub”.

M.Hacıyev mətbuatda sabiq nazir müavini Aslan Aslanovun Bakı şəhər Baytarlıq İdarəsinin rəisi kimi təqdim olunması məsələsinə də toxunub: “Baytarlıq İdarəsinin rəisi keçmiş nazir müavini olan Aslan Aslanov deyil. Hazırda Bakı şəhər Baytarlıq İdarəsinin rəisi Aslan Aslanov başqa adamdır. Mətbuatdan xahiş odur ki, onların adlarını qarışdırmayın”.

Xatırladaq ki, kənd təsərrüfatı nazirinin sabiq müavini Aslan Aslanov Publika.Az-a müsahibəsində deyib: “O ki qaldı subsidiyaların yeyintisi ilə bağlı yazılanlara, deyə bilərəm ki, Kənd Təsərrüfatı Nazirliyində subsidiyalar mənim kurasiyama aid olmayıb. Subsidiyalar digər müavin İlham Quliyevin səlahiyyətlərinə aid olub”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm