• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“Rəcəb Təyyib Ərdoğana qarşı çox ciddi təxribatlar hazırlanır” - İddia

  • Nida.az
  • 2 Aprel 2014 07:13
  • 1 798 Baxış
“Rəcəb Təyyib  Ərdoğana qarşı çox ciddi təxribatlar hazırlanır” -  İddia

Türkiyədə 30 Mart tarixində keçirilən bələdiyyət seçkilərinin qalibi hakim Ədalət və İnkişaf Partiyası (AKP) oldu. Seçkilərin nəticəsi gözlənilən idimi, ölkənin daxili və xarici siyasətində hansı yeniliklər gözlənilir?

Publika.Az -a müsahibəsində Psixoportetologiya və Siyasi Analiz Mərkəzinin sədri, Avrasiya İnstitutunun Ekspertlər şurasına üzvü Adıgözəl Məmmədov bu və digər suallara cavab verib.

-Seçkilərin nəticəsi sizin üçün gözlənilən idimi, yoxsa başqa nəticələr gözləyirdiniz?

- Türk insanının düşüncə tərzinə baxdıqda, əlbəttə ki, bu nəticə gözlənilən idi. Şərq düşüncə tərzində dominantlıq təşkil edən bir xarizma sindromu var. Şərq düşüncə tərzində istənilən siyasi liderin proqramlarına, layihələrinə deyil, daha çox onun xarizmatik keyfiyyətlərinə aludə olaraq arxasınca gedirlər. Türkiyə timsalında da bu bir daha özünü göstərdi. Bu seçkiləri həzm edə bilməyən qüvvələr var və bunlar əsasən geopolitik qüvvələrdir. Hazırda Rəcəb Təyyib Ərdoğana qarşı çox ciddi təxribatlar hazırlanır. Bu təxribatlar həm müvafiq mərkəzlər tərəfindən idarə olunan siyasi qüvvələr tərəfindən həyata keçiriləcək, həm də ordu daxilində dalğalanma baş verəcək. Məsələ burasındadır ki, Ərdoğanın son dövrlər özünəməxsus, müstəqilliyə meylli siyasəti Türkiyədə maraqları olan geosiyasi qüvvələrinin mənafeyinə uyğun deyil. Ərdoğan kimliyi bir çox qüvvələr üçün həzm edilməyəcək bir mərhələyə gəlib çıxmışdır.Ərdoğan Türkiyənin siyasi bir lideri kimi xarici siyasətində çox mühüm addımlar atmağa başlayıb. Bu xarici siyasət yeni bir geosiyasi konfiqurasiya axtarışına keçmişdir. Geosiyasi konfiqurasiya isə həm coğrafi baxımından, həm də Türkiyənin beynəlxalq münasibətlər konteksində yeni bir yanaşma axtarışı deməkdir. Təbii ki, bunun əleyhinə olan qüvvələr var və var gücü ilə buna qarşı dayanacaqlar. Amma burada bir həqiqət də var ki, Ərdoğanın arxasında türk ictimai rəyinin ən azı yarısı dayanıb.

Ərdoğan məhz bu qüvvənin hesabına lazımi addımları atır. Türkiyə istər Suriya, istər İraq məsələsində strateji partnyorlarındanistədiklərini ala bilmədi. Ölkənin tarixi yaddaşı imkan vermir ki, Türkiyə başına sığal çəkilən uşaqlar kimi aldansın, kimlərinsə arxasınca getsin.

-AKP bu dəfə ötən bələdiyyə seçkilərlə müqayisədə səs faizini artırsa da, toplanılan səs 2011-ci il parlament seçkilərində toplanılan səsdən azdır. Bu AKP baxımından narahatlıq doğuran məqam sayıla bilərmi?

-Bunlar bir qədər fərqli məsələlərdir. Bələdiyyə seçkiləri ilə parlament seçkiləri arasında fərq həmişə olub, toplanılan səslər həmişə fərqli olub.İkinci faktor isə ondan ibarətdir ki, hər təbliğatın özünün təsir effekti var. Hazırda Pensilvaniya mərkəzli qüvvələrin təbliğatına baxmayaraq, türk xalqı Ərdoğanın yanında oldu. Türk xalqı həmişə ən çox əzilənin yanında olur. Ərdoğana qarşı olan hücumlar artdıqca, o, daha xarizmatik bir liderə çevrildi.

-Ərdoğanın qazandığı qələbədən sonra etdiyi balkon çıxışını dəyərləndirən siyasi təhlilçilər iddia edir ki, Gülən camaatına qarşı yeni bir döyüş siqnalı verildi...

-Artıq hər şeyi öz adı ilə çağırmaq lazımdır. Gülən camaatı Mərkəzi Kəşfiyyat İdarəsinin əli altında olan bir alətdir. Mövcud şərait də onu göstərir ki, camaatın okeanın o tərəfindəki bosslarıƏrdoğanın siyasətindən narazıdırlar. Bu alətdən də Ərdoğana qarşı istifadə olunur. Bu Türkiyənin, o cümlədən Azərbaycanın mənafeyinə xidmət edən alət deyil. Bu birbaşa olaraq böyük qlobal geosiyasi qüvvələrin türk kimliyinə qarşı apardığı psixoloji əməliyyatdır.

-Seçkilərin nəticələrini təhlil edənlər AKP-yə məğlub olan tərəfin müxalifət deyil, məhz Gülən camaatı olduğunu bildirir. Deyilənlərlə razısınızmı?

-Gülən camaatı iyirminci əsrdə Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən yaradılan təbliğat alətidir. Onun hansı sosial bazası olacaq ki?

-Seçkilərdən əvvəl Azərbaycanda aparılan qiymətləndirmələrinin bəziləri bu yöndə idi ki, Millətçi Hərəkat Partiyasının hakimiyyətdə olması Azərbaycan-Türkiyə münasibətləri üçün daha yaxşı perspektiv vəd edə bilər...

-Bu, bir həqiqətdir ki, Millətçi Hərəkat Partiyası bütün fəaliyyətində Azərbaycanın mənafeyinin qorunması üçün çalışıb. Bələdiyyə seçkilərində partiyada az da olsa geriləmə müşahidə olundu. Bu da MHP rəhbərliyinin müəyyən mənada Gülən camaatına yaxın fikirlər səsləndirməsi ilə izah olundu. Bu cür fikirlərə inanmaq da istəməzdik. İstəyərdik ki, Azərbaycana yaxın olan bir partiyanın adı digər təriqətlərin adı ilə hallanmasın.

-Türkiyənin xarici siyasətində hansısa yeni bir dəyişiklik gözlənilirmi?

-Dəyişikliklər gözlənilir, amma bu təlatümlərlə müşayiət olunacaq. Unutmayaq ki, Türkiyə NATO-nun üzvüdür. Bu üzvük Türkiyənin regiondakı missiyasına uyğun hərəkət etməyə imkan vermir. NATO-ya üzvlük Türkiyənin bəzi türk dövlətlərindənuzaqlaşdırır. Ərdoğan da bunu çox gözəl başa düşür. Türk coğrafiyasına Türkiyənin açılışı NATO-nun açılışı anlamına gəlir. Niyyət və məqsədlər saf olsa belə, qarşı tərəfdə məhz bu cür başa düşülür. Türkiyə hər bir addım atanda bunu NATO rəhbərliyi ilə razılaşdırır.Amma bəzən Ərdoğan müstəqil siyasəti ilə onların maraqlarına da meydan oxuyur. Amma istər-istəməz NATO-nun Türkiyə siyasətinə təsir edə biləcək kifayət qədər alətləri var. Əsas təhlükə isə ordu daxilindədir. Çünki ordu daxilində NATO-ya bağlı olan şəxslər var.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR