Arif Hacılı: “Elçibəyin yanında Dudayevə zəng etdim”
Bizi izləyin

Nida.az

Arif Hacılı: “Elçibəyin yanında Dudayevə zəng etdim”

Arif Hacılı: “Elçibəyin yanında Dudayevə zəng etdim”

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Kəlbəcərin işğalı ilə bağlı maraqlı detallar açıqlayıb.

Publika.Az xəbər verir ki, həmin vaxt AXC hakimiyyətində dövlət müşaviri işləmiş A. Hacılı “facebook” səhifəsində yazıb ki, bir gün əvvəl Kəlbəcər istiqamətində uçan vertolyot vurulmuşdu: “Vetolyotçular Kəlbəcərə uçaraq dinc əhalini oradan çıxarmaqdan imtina edirdilər.

Vəziyyəti prezident Elçibəyə məruzə etdim. Elçibəy mənim yanımda Türkiyə Baş naziri Süleyman Dəmirələ telefon açaraq ondan Kəlbəcərdən dinc əhalini çıxarmaq üçün helikopterlər istədi.

Süleyman Dəmirəl belə yardım göstərməkdən imtina etdikdə Elçibəy mənə Çeçenistan prezidenti Cövhər Dudayevlə danışmağımı tapşırdı. Mən Elçibəyin yanında Dudayevlə danışdım. O vertolyotlarının az olduğunu, amma vertolyolçular göndərməyə hazır olduğunu bildirdi.

Belə vəziyyətdə Yevlax və ətraf rayonların icra başçılarına aeroporta getmək, onlarla müharibə dövrünün qanunları ilə davranmaq lazım gəlsə belə vertolyotçuları Kəlbəcərə uçmağa məcbur etmək, vertolyotlarla Kəlbəcərə uçmaq, Kəlbəcər İcra Hakimiyyətindən mənə zəng vuraraq tapşırığın yerinə yetirildiyi barədə məruzə etmək göstərişi verdim.

Bu prosesdə Yevlax rayon icra hakimiyyətinin başçısı Rafiq Həsən xüsusi fədakarlıq göstərdi. Bir neçə saat sonra Kəlbəcərdən mənə zəng vuraraq tapşırığın yerinə yetirildiyini bildirdi. Geri qayıdarkən qəzaya uğrayıb yaralandı. Kəlbəcərin xeyli dinc əhalisi bu vertolyotlar vasitəsi ilə xilas edildi”.

Qeyd edək ki, bu gün Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalının 21-ci ildönümüdür.
Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal olunub.

Kəlbəcər rayonunun ərazisi 1936 kvadratkilometr, əhalisinin sayı isə 70 minə yaxındır. Kəlbəcərin işğalı nəticəsində 511 nəfər həlak olub, 321 nəfər itkin düşüb və girov götürülüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm