“Onlar İlham Əliyevin müxbiri ilə rəqib olmağa cəsarət edir”
Bizi izləyin

Nida.az

“Onlar İlham Əliyevin müxbiri ilə rəqib olmağa cəsarət edir”

“Onlar İlham Əliyevin müxbiri ilə rəqib olmağa cəsarət edir”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlının Publika.Az -a müsahibəsi


“Bələdiyyə seçkilərində birinci yeri YAP tutacaq”


- Türkiyədən fərqli olaraq Azərbaycanda müxalifətin bir çox qisminin bələdiyyə seçkilərinə ciddi maraq göstərməməsi nə ilə bağlıdır?

- İlin sonunda Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinə radikal müxalifətin marağı yoxdur. Ancaq parlamentdə təmsil olunan konstruktiv müxalifət bələdiyyə seçkilərinə ciddi şəkildə hazırlaşır. BAXCP hal-hazırda bütün imkanlarını səfərbər edib. Biz 56 rayonda təmsil olunuruq. Maksimum dərəcədə çalışacağıq ki, daha çox dairədə öz namizədimizlə seçkidə iştirak edək. Bizim partiyada xeyli sayda insan var ki, bələdiyyə seçilməyə layıqdir və seçiləcək də. . Nəzərinizə çatdırıram ki, hal-hazırda mən BAXCP sədrinin ictimai-siyasi məsələlər üzrə müavini olmaqla yanaşı 30 000 yaxın əhalisi olan Abşeron rayonun Mehdiabad bələdiyyəsində “Hüquq komissiyasının” sədriyəm. Bundan əvvəlki 5 illikdə bələdiyyə sədrinin müavini idim. 1999-cu ildə 21 yaşında Azərbaycanın ən gənc bələdiyyəsi seçilmişdim. İndiyə qədər 3 dəfə bu qəsəbədən bələdiyyə seçilmişəm. 15 ilə yaxındır ki, bələdiyyə üzvü kimi fəaliyyət göstərirəm. Ola bilsin ki, dördüncü dəfə də namizədliyimi verdim. Radikal müxalifət nümayəndələri arasında bir nəfər göstərin ki, son bələdiyyə seçkilərində namizəd olub və qalib gəlib?
Əli Kərimlinin və ya İsa Qəmbərin hansı müavini öz yaşadığı qəsəbənin bələdiyyəsinə seçilə bilib? Məncə bunlar yaxşı bilir ki, bələdiyyə üzvü seçilmək imkanları yoxdur. Özlərinə inamları olsa idi, ən azından indiyə kimi bir dəfə də olsun bələdiyyəyə namizəd olardılar və seçilərdilər. Türkiyədə əsasən böyük siyasətlə məşğul olan siyasətçilərin əksəriyyəti öz yaşadığı dairədən bələdiyyə seçilənlərdir. Türkiyənin indiki baş naziri Ərdoğan da ilk dəfə bələdiyyə başqanı olub. Radikal müxalifət isə bələdiyyə qatılmaqdan ehtiyat edir və daha çox məğlub olacaqlarından qorxurlar. Bu baxımdan da seçkiyə qatılmaq istəmirlər. Son bələdiyyə seçkilərində -2009-cu ildə BAXCP Azərbaycan üzrə üçüncü yeri tutmuşdur. Bu səfər çalışacağıq ki, maksimum dərəcədə ikinci yerə çıxa bilək. Təbii ki, birinci yeri YAP tutacaq.


“İsa Qəmbər ancaq İlham Əliyevin müxbiri ilə rəqib olmağa cəsarət edir!”


- Hazırda müxalifət düşərgəsində mövcud olan passivliyin başlıca səbəbi nədir?


- Radikal müxalifətin passivliyinin əsas səbəbi bir –birinə qarşı inamsızlığıdır. Son 20 ildə keçirilən bütün seçkilərdə YAP qalib gəlib. Radikal müxalifət YAP-a məğlub olmaqdan yorulmaq bilmir. Və yenə də öz siyasətində dəyişiklik etmir. Artıq bu siyasi qüvvələr seçkilərə bir layihə kimi baxırlar. Görmədiniz ki, nə ucadan danışan Əli Kərimli, nə də 20 ildir “biz gəlirik “ deyən Müsavat başqanı İsa Qəmbər son prezident seçkilərində İlham Əliyevə rəqib olmağa cürətləri çatmadı?! İsa Qəmbər ancaq İlham Əliyevin müxbiri ilə rəqib olmağa cəsarət edir! Bu acı bir həqiqətdir. Özləri də yaxşı bilir ki, mən düz danışıram. Cəsarətiniz olsa idi, 75 yaşlı siyasətdən başı çıxmayan Rüstəm İbrahimbəyovu deyil, yaxud Heydər və İlham Əliyev haqqında bütün günü kitablar yazan və hakimiyyət tərəfindən qovulan Cəmil Həsənlinin arxasında gizlənməzdilər! Prezident seçkiləri bitən kimi Milli Şura da parça-parça oldu. O gün mətbuatdan oxuyuram ki, 88 nəfər qalan şura üzvlərində cəmi 38 nəfər iclasda iştirak edib. 38 nəfərin iclasa gəlməsi bunun əyani sübutudur. Hamı da bilir ki, bu qurum Əli Kərimlinin oyuncağına çevrilib. İsa Qəmbər və onun adamları istefa verməklə Əli Kərimlini gülməli vəziyyətdə qoydular. 2001-ci il parlament seçkilərində radikal müxalifət “aktiv” fəaliyyətə keçəcəklər. Həmin seçkidə də bu adamlar yenə də bir-birləri ilə amnasız mübarizə aparacaqlar.


“İsa Qəmbərlə Arıf Hacılı arasında başqanlıqla bağlı razılaşma var”


-Müsavat qurultayının keçirilməməsinin səbəbləri nədir?


-Uzun müddətdir ki, Arif Hacılı Müsavat başqanı olmağa hazırlaşır. Son 10 ildə Müsavat daxili çəkişmələrdə məğlub olub partiyadan istefa verib gedənlər belə etiraf edib ki, bu mübarizədə Arif Hacılıya məğlub olublar.
Müsavatda rəsmi 2 yeri tutan Sülhəddin bəy belə Arif Hacılıya görə partiyadan uzaqlaşdığını deyib. Və siyasətlə məşğul olan adamların böyük əksəriyyəti bilir ki, Arif Hacılı nəyin bahasına olur-olsun Müsavat başqanı olacaq. Mənə elə gəlir ki, hətta İsa Qəmbərlə Arıf Hacılı arasında başqanlıqla bağlı razılaşma var. İndi İsa Qəmbər Arif Hacılıya verdiyi vədi yerinə yetirməlidir. Bir neçə aya qurultaylarını keçirdəcəklər və İsa Qəmbər başqanlıqdan gedəcək. Əgər o başqanlıqda qalsa, Müsavat parçalanacaq və Arıf Hacılı öz partiyasını yaradacaq. İsa Qəmbər könüllü deyil, məcburiyyət qarşısında bu addımı atmalıdır...


“Əli Kərimli Qərbə mesaj verir ki, məni hakimiyyətə gətirin, Qarabağı rəsmən Ermənistana verim”


- Bu arada bəzi partiyalar Rusiya təhlükəsinə qarşı iqtidar və müxalifətin həmrəy mövqe nümayiş etdirməsini təklif edir. Sizcə ölkədəki bütün siyasi qüvvələr ümummilli məsələlərdə xalq və dövlətlə bir yerdə olarmı?


- Bəzi partiyalar deyəndə ki, konret danışmaq lazımdır. Bu təklifi radikal müxalifət nümayəndələri təklif ediblər. Ataların yaxşı bir misalı var. Yalancının yaddaşı olmur. Bu siyasi qüvvələr nə tez yadlarından çıxartdı ki, 4-5 ay bundan qabaq elə hamısı Rusiyanın adamı olan və hal-hazırda da məhs Rusiyada yaşayan Rüstəm İbrahimbəyovla bu hakimiyyəti devirib hakimiyyətə gəlmək istəmirdilər?

Bütün günü sosial təbliğat aparmırdılar ki, Putin İlham Əliyev hakimiyyətini devirmək istəyir? Elə həminki Putindir də. Nə dəyişib ki? Şəxsən mən inanmıram ki, radikal müxalifət Azərbaycanın milli maraqlarında belə hakimiyyətlə əməkdaşlıq etsin. Yəqin qarşıdan 2015-ci il parlament seçkilərinin gəldiyini görürlər.

Ona görə də özlərini “ürəyi yanan” göstərmək istəyirlər. Əli Kərimlidən milli maraqları qoruyan çıxar? Bu Əli Kərimli Avropa Komissiyasından çıxış edib deyirdi ki, İlham Əliyev hakimiyyətdə qalsa, Qarabağda müharibə edə bilər. Qafqazda sülhün təminatı milli demokratik qüvvələrin hakimiyyətə gəlməsindədir. Əli Kərimli Avropaya və Qərbə mesaj verirdi ki, məni hakimiyyətə gətirin, gəlim Qarabağı rəsmən Ermənistana verim.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm