Nida.az
Qarsın yeni bələdiyyə sədri: “Bu məsələlərə Azərbaycanın gözü ilə baxırıq”
Türkiyənin Qars vilayətinin yeni seçilən bələdiyyə sədri, mənşəcə
azərbaycanlı Murtaza Karaçantanın Publika.Az -a eksklüziv müsahibəsi
- Qarsın bələdiyyə sədri seçilməyinizi
gözləyirdinizmi?
- Mən 80 ildir Qarsa yaşayan bir ailənin övladıyam, özüm də 53
ildir ki, burda yaşayıram. Ona görə də mən hamıdan dəstək aldım.
Bundan sonra da onların dəstəyinə layiq olmağa çalışacağıq.
- Bir sədr kimi ilk əvvəl hansı problemlərə diqqət
ayırmağı düşünürsünüz?
- Qarsın həyata keçirməsi vacib olan bir sıra problemləri var. Hər
şeydən əvvəl yol, su və təmizlik problemlərinin həllinə
çalışacağıq. Bundan başqa gözəl layihələrimiz var ki, onları da
həyata keçirdəcəyik. Türk dünyası ilə də zaman-zaman təmaslarımız
olacaq, xüsusilə də Azərbaycanla.
- Qarsdan əsasən azərilərin Türkiyənin digər bölgələrinə
böyük köçü yaşandığı deyilir.
- Türkiyənin hər şəhəri bizimdir. Bu gün Türkiyənin hər tərəfində
Azərbaycan köklü ailələr yaşayır ki, bu da çox gözəl bir şeydir.
Lakin həyata keçirəcəyimiz layihələrimiz, yatırımlarımız,
xidmətlərimiz bundan sonra köçün önünə keçəcək. Hər kəs də burda
qalacaq.
- Sizdən əvvəlki bələdiyyə sədri Ermənistanla
sərhədlərin açılması tərəfdarı kimi çıxış edirdi. Hətta erməni-türk
qardaşlığı münasibətilə abidə ucaltmışdı, daha sonra Qarsla
Gümrünün qardaşlaşmış şəhər olması üçün cəhdlər etdi. Bu məsələdə
sizin yanaşmanız necə olacaq?
- Erməni məsələsi Azərbaycan üçün nə qədər mühümdürsə, Millətçi
Hərəkat Partiyası üçün də o qədər mühümdür. Biz Ermənistanla
münasibətlərə Azərbaycanın gözü ilə baxırıq. Sərhədlərin açılmasına
qarşı da biz çıxdıq, həmin abidənin sökülməsinə də. Bütün bu
deyilənlər baş tutmadığına biz sevinir. İnşallah, bundan sonra da
ermənilərlə sərhədlərin açılması məsələsi bir daha gündəmə
gəlməz.
- Qarsın Azərbaycanın hansısa şəhəri ilə qardaşlaşması
istiqamətində nə düşünürsünüz?
- Qars bundan əvvəl Azərbaycanın Gəncə və Mingəçevir şəhəri ilə
qardaşlaşmışdı. Mən Allah nəsib etsə, bundan sonra Qarsın Şəki
şəhəri ilə qardaşlaşmasının istəyirəm.
- Nə üçün Şəki?
- Şəki Azərbaycanın çox qədim şəhəridir. Orda Xan sarayı,
karvansaray və bir çox qədim abidələr var. Mən də Şəkiyə getdim,
gəzdim, gördüm. Çox xoşuma gəldi. Ona görə də Şəki ilə
qardaşlaşmağı arzu edirəm.
- Bunun reallaşması üçün nə etməyi
düşünürsünüz?
- Təbii ki, bunun üçün addımlar atacağıq. Vaxtı gələndə burdakı
Azərbaycan konsulluğu vasitəsilə danışıqlara başlayacağıq.
Asif Nərimanlı
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı