Nida.az
Vəhhabilərin məscid tələbi - Şeyx sabah Şimal bölgəsinə gedir
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə
sabah Şimal bölgəsinə səfər edəcək. Publika.Az -ın özəl mənbələrdən əldə etdiyi
məlumata görə, A. Paşazadə əvvəlcə Qubaya gedəcək və orda
azərbaycanlıların soyqırımı məzarlığını ziyarət edəcək.
Daha sonra Qusar və Xaçmaza səfər edəcək. Səfərin əsas məqsədinin bölgədəki dini vəziyyəti müzakirə etmək və yaranmış bir sıra problemləri həll etməkdir.Mənbə qeyd edib ki, bir neçə gün öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) rəsmiləri Xaçmazda Tarix Diyarşünaslıq Muzeyində dini icmalarla toplantı keçirib. Toplantıda sələfilərin 3 nümayəndəsi də iştirak edib. Sələfi nümayəndələrinin çıxışı isə toplantıda dini icmalar arasında qarşıdurma yaradıb. Mənbənin sözlərinə görə, sələfilər Xaçmaz şəhər mərkəzi məscidi təmirə bağlandıqdan sonra onlar üçün ayrılmış Qobuqıraqlı məscidinə getmək istəmirlər. Onlar mərkəzi məscidin təmirdən sonra onların istifadəsinə verilməsini istəyir. lakin həmin məscidə sələfilərlə yanaşı şiələr də növbəli ibadət etdikləri üçün qarşıdurmanın əsas mövzusu budur.
Qeyd edək ki, DQİDK-nin sədrinin martın 13-də Xaçmaza səfəri zamanı da bu məsələ müzakirə olunmuşdu.Mənbə bildirir ki, A. Paşazadə səfəri zamanı bu anlaşılmazlığı həll etməyə çalışacaq.
Xatırladaq ki, Xaçmaz şəhər mərkəzi məscidi təmirə
bağlandıqdan sonra ordakı şiələrə Qaraqurdlu kənd
məscidi, sələfilərə isə Qobuqıraqlı məscidi verilib. Lakin
sələfilər Qobuqıraqlı məscidinin istifadəyə yararsız olduğunu əsas
gətirərək ora getməkdən imtina edirlər. Bununla yanaşı, onlar
mərkəzi məscidin təmirindən sonra ora qayıtmağa icazə
verilməyəcəyindən narahatdırlar (http://publika.az/p/10262).
Asif
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?