Nida.az
Aydın Mirzəzadədən deputat həmkarına - Sərt tənqid
Millət vəkili Aydın Mirzəzadə deputat həmkarı Etibar Hüseynovu sət tənqid edib.Publika.Az xəbər verir ki, A. Mirzəzadə Etibar Hüseynovun qaçqınların Bakı mühitini korlaması barədə fikirlərinə qəti etiraz etdiyini deyib: “Onun telekanalların birində çıxışının videosunu izlədim. Parlament üzvü bu cür çıxışlar etməməlidir. Qaçqınlar haqqında dediyi epitetlərə ( “ac-yalavac”, “təhsilsiz”, “mədəniyyət görmədilər” və s.) öz qəti etirazımı bildirirəm. Xalqı bölmək, bölgəni-bölgəyə qarşı qoymaq yolverilməzdir”.
Millət vəkili qeyd edib ki, Bakı bütün Azərbaycan xalqının
şəhəridir: “Bakı mühitini bütün xalqımız öz mədəniyyəti, dəyərləri
ilə birlikdə yaradıb, onun tanınmasında hər bir bölgənin, hər bir
sosial qrupun böyük zəhməti olubdur. Bütün böyük şəhərlər
bölgələrdən gələn insanların hesabına böyüyür, onların gətirdiyi
mədəniyyətin hesabına mədəniyyətini zənginləşdirir. Təəssüf edirəm
ki, veriliş zamanı onun səsləndirdiyi mövqeyə etiraz bildirilmədi,
qaçqınlar haqqında əsassız fikirlərə yol verildi. Gücümüz hamımızın
qaçqın, hamımızın bakılı, hamımızın naxçıvanlı, hamımızın
ümumilikdə azərbaycanlı olmağımızdadır”.
Asif
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO