• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Elnur Aslanovun vəzifəsi boş qalmışdı - Rəsmi açıqlama (Yeniləndi)

  • Nida.az
  • 2 Aprel 2014 15:20
  • 1 324 Baxış
Elnur Aslanovun vəzifəsi boş qalmışdı - Rəsmi açıqlama (Yeniləndi)

Elnur Aslanov Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin sədri vəzifəsinə təyin edilib. Bu şöbə yeni yaradılmayıb, əvvəl də mövcud idi. Sadəcə şöbə müdiri başqa vəzifəyə təyin edildiyinə görə, yer boş idi. Nazir Əli Abbasovun əmrinə əsasən, Elnur Aslanov bu vəzifəyə təyin edildi”. Bu sözləri Publika.Az-a açıqlamasında nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Müşfiq Əmirov deyib.

Nazirlikdə yeni sturuktur dəyişikliklərin edilib-edilməyəcəyinə gəldikdə isə, M.Əmirov bildirdi ki, sərəncamda da nazirliyin fəaliyyətini əvvəlki qaydada davam etdirilməsi göstərilmişdi:

“Yeni nazirliyin formalaşdırılması ilə bağlı işlər görülür. Başqa yeniliklərimiz də olacaq”.

Qeyd edək ki, Elnur Aslanov əvvəl Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsində çalışıb. Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə də 1991-ci ildən Prezident Aparatında çalışıb. 1998-ci ildən Prezidentin İcra Aparatı İnformasiya Resursları və Texnologiyaları Mərkəzinin rəhbəri olub.2005-ci ilədək bu vəzifədə çalışıb. 2007-ci ildən isə nazirlikdə müavin təyin edilib.

Gülxar

14.35

Bir müddət öncə ölkə başçısının sərəncamı ilə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilən Elnur Aslanov yeni vəzifəyə təyinat alıb.

Bu barədə Musavat.com-un mötəbər mənbələrdən aldığı məlumata görə, E.Aslanov Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yüksək posta təyin olunub.

Belə ki, o, bu günlərdə prezidentin təsdiqlədiyi əsasnamə ilə adı dəyişdirilən nazirliyin Strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin müdiri vəzifəsini icra edəcək.

Məlumatlı mənbənin bildirdiyinə görə, E.Aslanov aprelin 1-də kollektivə təqdim olunub və rəsmən səlahiyyətlərinin icrasına başlayıb.

Publika.Az məlumatı dəqiqləşdirmək üçün nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Müşfiq Əmirovla əlaqə saxlayıb. O, əməkdaşımızla söhbətində faktı təsdiqləyib.

O, Elnur Aslanovun dünəndən etibarən Strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin sədri vəzifəsini icra etdiyini bildirib.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR