NATO-nun Azərbaycanla bağlı qərarına RƏSMİ MÜNASİBƏT
Bizi izləyin

Nida.az

NATO-nun Azərbaycanla bağlı qərarına RƏSMİ MÜNASİBƏT

NATO-nun Azərbaycanla bağlı qərarına RƏSMİ MÜNASİBƏT

“NATO ilə münasibətlərin daha da inkişaf etdirilməsində Azərbaycan tərəfi maraqlıdır”. Bu barədə Milli Məclis sədrinin birinci müavini, parlamentin Müdafiə və təhlükəsizlik komitəsinin sədri, NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov Publika.Az-a açıqlamasında NATO-nun Şərqi Avropadakı müttəfiqləri ilə əlaqələri dərinləşdirməklə bağlı qərarına münasibət bildirərkən deyib.

Vitse-spiker qeyd edib ki, Azərbaycanın NATO ilə əlaqələri inkişaf edir: “Azərbaycan Cənubi Qafqazda yeganə ölkədir ki, NATO ilə münasibətləri çox sıxdır. Bu əlaqələr həm NATO-nun öz xətti, həm də NATO Parlament Assambleyası ilə inkişaf edir”.

Z. Əsgərov bildirib ki, NATO PA-nın yaz və payız sessiyalarında mütəmadi olaraq alyans rəhbərliyi ilə görüşləri olur.

“Onlar da Azərbaycanla əlaqələrdən, münasibətlərin inkişafından çox razıdırlar. Biz də bundan çox razıyıq. NATO-nun proqramına uyğun olaraq, bu yaxınlarda Azərbaycanda Sülh Naminə Tərəfdaşlıq Proqramının 20 illiyi keçiriləcək. Azərbaycanın NATO ilə gələcək əlaqələri də davam edəcək”-deyə komitə sədri vurğulayıb.

Xatırladaq ki, NATO aprelin 1-də qərar verib ki, özünün Şərqi Avropadakı müttəfiqləri ilə əlaqələri dərinləşdirsin.

Publika.Az xəbər verir ki, “Azadlıq Radiosu”nun "Şərqi Avropadakı müttəfiqlər dedikdə Ermənistan, Azərbaycan və Moldovanı nəzərdə tutursunuzmu" sualına NATO-nun baş katibi Andres Foq Rasmussen "bəli" cavabını verib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm