• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Eynulla Fətullayev: “Bizdə Fərhad Məmmədovun səsi var”

  • Nida.az
  • 2 Aprel 2014 17:18
  • 686 Baxış
Eynulla Fətullayev: “Bizdə Fərhad Məmmədovun səsi var”

“Bizdə Fərhad Məmmədovun dediklərinin səs yazısı var”.Bunu açıqlamasında “haqqın.az” xəbər saytının baş redaktoru Eynulla Fətullayev deyib. O bildirib ki, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov təmsil etdiyi quruma açıqlama verib və dedikləri də olduğu kimi yazılıb:

“Tamamilə yalandır, böhtandır. Prezident Administrasiyasi Siyasi təhlil və informasiya təminatı şöbəsinin keçmiş müdiri Elnur Aslanovun Rabitə və Yüksək Texnologiyalar Nazirliyində şöbə müdiri vəzifəsinə təyin edilməsi xəbəri ilk bizdə olub. Bu informasiya dünəndən bizə məlum idi. Fərhad Məmmədova müraciət edərək informasiyanın həqiqətə uyğun olub-olmadığını dəqiqləşdirmək istəmişik. Fərhad Məmmədov isə deyir ki, məhkəməyə vermək hüququmu özümdə saxlayıram. Özündə saxlamasın, versin məhkəməyə. Biz də səs yazısını çıxartaq qoyaq ortaya”.

Qeyd edək ki, adı nurçularla əməkdaşlıqda hallanan Elnur Aslanov bir müddət əvvəl Prezident Administrasiyasi Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilib. Ötən gün isə o Rabitə və Yüksək Texnologiyalar Nazirliyində şöbə müdiri vəzifəsinə təyin olunub. Haqqın.az xəbər saytı isə bu xəbərlər bağlı Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovdan açıqlama alıb. Fərhad Məmmədov açıqlamasında Prezident Administrasiyasının sabiq şöbə müdirinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyində strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin müdiri vəzifəsinə təyin olunmasına etiraz edib. O deyib ki, nazirlikdə aldığı yeni vəzifə Elnur Aslanovun miqyasına uyğun deyil, çox balacadır: “Özü də bu vəzifə təqaüd yaşlı adamlara uyğun postdur”.

Fərhad Məmmədov isə mətbuatda onun adından yayımlanan açıqlamanı təkzib edib. F.Məmmədov bildirib ki, haqqın.az saytının 2 aprelə 2014-cü il tarixli buraxılışında ona istinadən «Fərhad Məmmədov: Elnur Aslanov bu vəzifəyi layiq deyil» başlığı altında qərəzli və həqiqətə uyğun olmayan informasiya yayılıb: “Məlumat üçün bildirirəm ki, nə bu gün nə də əvvəlki dövrlərdə həmin sayt ilə əlaqələrim olmamış və hər hansı bir mövzuda onun əməkdaşlarına müsahibə verməmişəm. Mənimlə “eksklüziv müsahibə” adlı material isə açıq şantaj və böhtan xarakteri daşıyır. Barəmdə yazılan böhtanla əlaqədar olaraq, məhkəmə instansiyalarına müraciət etmək hüququmu özümdə saxlayıram” ("AzNews.az").

Xəbər lenti

DAHA ÇOX XƏBƏR