Nida.az
İlham Əliyev Türkmənistanın xarici işlər nazirini qəbul edib
Prezident İlham Əliyev aprelin 2-də Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib.
Rəşid Meredov Türkmənistan Prezidenti Qurbanqulu
Berdiməhəmmədovun ən səmimi salamlarını və dərin ehtiramını
dövlətimizin başçısına çatdırdı. O, Prezident Qurbanqulu
Berdiməhəmmədovun ən xoş arzularının və Prezident İlham Əliyevi
Türkmənistana səfərə dəvətinin ifadə olunduğu məktubunu
dövlətimizin başçısına təqdim etdi. Rəşid Meredov dövlət başçıları
arasında dostluq əlaqələrinin ikitərəfli münasibətlərin
genişləndirilməsindəki rolunu xüsusi qeyd edib.
Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli
münasibətlərin dinamik şəkildə inkişaf etdiyini vurğuladı.
Xalqlarımızın qədim tarixə və etnik köklərə malik olduğunu qeyd
edən dövlətimizin başçısı ölkələrimizin müxtəlif sahələrdə fəal
əməkdaşlıq etdiyini dedi. Prezident İlham Əliyev ikitərəfli
münasibətlərimizin genişləndirilməsində dövlət başçıları arasında
əlaqələrin və yüksək səviyyəli görüşlərin önəmini qeyd etdi.
Dövlətimizin başçısı Türkmənistanın Baş nazirinin müavini, xarici
işlər naziri Rəşid Meredovun Azərbaycana səfərinin ikitərəfli
münasibətlərimizin daha da möhkəmləndirilməsi işinə xidmət
edəcəyinə ümidvar olduğunu bildirdi.
Prezident İlham Əliyev Prezident Qurbanqulu Berdiməhəmmədovun
salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını
Türkmənistan dövlətinin başçısına çatdırmağı xahiş etdi.
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...