
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Avstriya parlamentinin ikinci prezidenti Karlhaynts Kopfun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan XİN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata
görə, görüş əsnasında ölkələrimiz arasındakı əlaqələrin mövcud
səviyyəsindən razılıq ifadə olunaraq, əməkdaşlığın inkişaf
etdirilməsində parlamentlərarası əlaqələrin malik olduğu vacib rol
qeyd olunub.
Görüşdə siyasi, iqtisadi, mədəni, humanitar və turizm əlaqələrinin
gələcək perspektivlərinə dair fikir mübadiləsi aparılıb.