Nida.az
İlham Əliyev qardaş ölkədən dəvət aldı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Türkmənistan baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib.
Rəşid Meredov Türkmənistan Prezidenti Qurbanqulu
Berdiməhəmmədovun ən səmimi salamlarını və dərin ehtiramını
dövlətimizin başçısına çatdırıb. O, Prezident Qurbanqulu
Berdiməhəmmədovun ən xoş arzularının və Prezident İlham Əliyevi
Türkmənistana səfərə dəvətinin ifadə olunduğu məktubunu
dövlətimizin başçısına təqdim edib. Rəşid Meredov dövlət başçıları
arasında dostluq əlaqələrinin ikitərəfli münasibətlərin
genişləndirilməsindəki rolunu xüsusi qeyd edib.
Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli
münasibətlərin dinamik şəkildə inkişaf etdiyini vurğulayıb.
Xalqlarımızın qədim tarixə və etnik köklərə malik olduğunu qeyd
edən dövlətimizin başçısı ölkələrimizin müxtəlif sahələrdə fəal
əməkdaşlıq etdiyini deyib. Prezident İlham Əliyev ikitərəfli
münasibətlərimizin genişləndirilməsində dövlət başçıları arasında
əlaqələrin və yüksək səviyyəli görüşlərin önəmini qeyd edib.
Dövlətimizin başçısı Türkmənistanın Baş nazirinin müavini, xarici
işlər naziri Rəşid Meredovun Azərbaycana səfərinin ikitərəfli
münasibətlərimizin daha da möhkəmləndirilməsi işinə xidmət
edəcəyinə ümidvar olduğunu bildirib.
Prezident İlham Əliyev Prezident Qurbanqulu Berdiməhəmmədovun
salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını
Türkmənistan dövlətinin başçısına çatdırmağı xahiş edib.
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR