• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Elnur Aslanovun kadrı Əli Həsənovdan danışdı

  • Nida.az
  • 3 Aprel 2014 07:22
  • 707 Baxış
Elnur Aslanovun kadrı Əli Həsənovdan danışdı



"Başqalarını deyə bilmərəm, amma mən cənab prezidentə xidmət edirəm". Bu sözləri "Aktual.az"a müsahibəsində adı nurçu məmurların siyahısında çəkilən, AzTV sədri Arif Alışanovun kürəkəni, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov himayədarı kimi qələmə verilən Elnur Aslanovla bağlı suala cavab verərkən deyib:

"Ölkənin bu gün apardığı daxili və xarici siyasət dünyanın ən inkişaf etmiş ölkələrinin həsəd apara biləcəyi bir siyasətdir və prezidentin verdiyi hər hansı bir qərar qəti şəkildə müzakirə olunmamalıdır, yerinə yetirilməlidir. Çünki hər şeyin ən doğrusunu prezident bilir. Cənab prezident belə məsləhət bilibsə, demək, belə də olmalıdır. Başqalarını deyə bilmərəm, amma mən cənab prezidentə xidmət edirəm".

Daha sonra Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənova əvvəlki münasibətinin dəyişib-dəyişməməsi iıə bağlı suala icma sədri belə cavab verib:

"Mənim Əli müəllimlə münasibətim çox gözəldir. Əli müəllimə çox hörmətim var. Biz kiçiklər olaraq böyüklərə hörmət etməliyik və böyük-kiçik yerini bilməliyik. Əli müəllimlə üz-üzə gələndə bir böyük kimi ona ehtiramımı göstərirəm. Ümumiyyətlə, böyük-kiçik münasibətlərinə fikir vermək lazımdır. Dövlət rəsmilərindən, ağsaqqallarla, böyüklərlə istənilən insanla üz-üzə gələndə mən çox böyük hörmətlə salamlaşıram".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR