İran səfirliyindən erməniləri məyus edən BƏYANAT
Bizi izləyin

Nida.az

İran səfirliyindən erməniləri məyus edən BƏYANAT

İranın Azərbaycandakı səfirliyi Tehranda qondarma erməni soyqırımının 101-ci ildönümü ilə bağlı aksiya keçirilməsi barədə yayılan məlumatları təkzib edib.

İranın Azərbaycandakı səfirliyinin mətbuat şöbəsinin müdiri Məhəmmədrza Nəcəfi Publika.az-a bildirib ki, Tehranda ermənilərin aksiya keçirmələri və Azərbaycan dövləti əleyhinə şüarlar səsləndirmələri barədə bəzi KİV-lər tərəfindən yayılan xəbərlər yalan və əsassızdır:

“Bəzi KİV-lər tərəfindən dövriyyəyə buraxılan bu kimi xəbərlər günü-gündən artan Tehran-Bakı münasibətlərinə kölgə salmaq məqsədi daşıyır”.

Daha sonra səfirik rəsmisi mediaya da müraciət edərək, KİV nümayəndələrini dəqiq xəbərlər yaymağa və İran-Azərbaycan münasibətlərinin inkişafında müsbət rola malik olmağa çağırıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm