Nida.az
Müdafiə Nazirliyindən gizli məlumatları kim sızdırır? - İttiham
Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, millət
vəkili Aydın Mirzəzadə Müdafiə Nazirliyinə müraciət edib.
Publika.Az xəbər verir ki, A. Mirzəzadə mətbuatda yayılan “Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı postuna Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, general-mayor Mirzə Almasovun namizədliyi təqdim olunub” xəbərinin nazirlik tərəfindən araşdırılmasını xahiş edib. Bildirib ki, Müdafiə Nazirliyinin ölkənin ən ciddi rejimli hökumət idarələrindən biri olduğu hamıya bəllidir: “Gözlənilən bir təyinatla bağlı belə bir strukturdan məlumat sızması çox narahat edici bir məsələdir. Ya nazirlikdə məlumat sızması doğrudan da var, ya da informasiya agentliyi nazirliyin adından istifadə edir. Dövlət başçısına məruzə ediləcək ciddi kadr məsələsi ilə bağlı hələ qərar qəbul edilməmişdən məlumatın sızdırılması yaxşı hal hesab edilə bilməz.
Əgər yaxın günlərdə həmin informasiya agentliyinin xəbəri
təsdiqini tapırsa deməli, Müdafiə Nazirliyində kənara xəbər
sızdıran mənbə doğrudan da var. Elə isə kim zəmanət verə bilər ki,
həmin mənbə digər informasiyaları, eyni zamanda başaq yerlərə
ötürmür? Ona görə də oxuduğum xəbərdən narahat olaraq Müdafiə
Nazirliyindən adı çəkilən informasiya ilə bağlı situasiyanı
araşdırmasını xahiş edirəm”.
Asif
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib?
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia
-
Nəqliyyat08:25
Bakının bu yollarında tıxac var - SİYAHI
-
Magazin108:10
Şəbnəmin prodüseri vəfat etdi