"Bengü Türk" azad edilən torpaqlarımızda: "ADIM VATAN" - VİDEOLAR
Bizi izləyin

Nida.az

"Bengü Türk" azad edilən torpaqlarımızda: "ADIM VATAN" - VİDEOLAR

NTV-dən, Doğan kimi məşhur xəbər agentliyindən sonra Türkiyənin daha bir televiziya kanalı Qarabağda olub.

Publika.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, "Bengü Türk" televiziyası azad edilən torpaqlardan reportaj hazırlayıb.

Kanalın əməkdaşı cəbhə xəttində olub, Qarabağda baş verənləri dünyaya göstərməyə çalışıb. Veriliş "Adım Vatan" adlanır. Verilişdə bildirilib ki, 90-cı illərdə dünyanın gözü önündə insanlıq tarixinin ən böyük faciələrindən, qətliamlarından biri yaşandı.

Jurnalistlərin dayanacağı Füzuli, Tərtər cəbhəsi, ermənilərin qoyub qaçdıqları səngərlər olub. Bura ermənilərin ən çox atəşkəsi pozduğu istiqamətlərdən biridir. Tərtərdə isə minalardan təmizlənmə prosesində iştirak ediblər. Onlar erməni zərbələri nəticəsində dağıdılan kəndlərdə - evlərdə də olublar. Müdafiə Nazirliyinin əməkdaşı Abdulla Qurbani, eləcə də hərbçilər cəbhədə baş verənlər haqqında ətraflı məlumat veriblər.

Birdirilib ki, Ermənistanın əlində saxladığı hərbi yüksəkliklər bir neçə saat ərzində Azərbaycanın nəzarətinə keçib.

Türk jurnalist 22-24 il işğaldan sonra azad edilən torpaqlarda qurulan istehkam məntəqələrində olub, geri çəkilən ermənilərin yeni səngərləri neçə qazdığını müşahidə edib. maraqlısı odur ki, eməni əsgərləri təmas xəttindən qaçdığı üçün səngərləri belə mülki əhaliyə qazdırırlar.

Veriliş bir neçə hissədən ibarətdir və hər hissə bir cəbhə xəttindəki vəziyyətə həsr edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm