Neft kəmərini vurmaq, türkləri uzaqlaşdırmaq, Qarabağı... – İrəvan absurd yollar axtarışında
Bizi izləyin

Nida.az

Neft kəmərini vurmaq, türkləri uzaqlaşdırmaq, Qarabağı... – İrəvan absurd yollar axtarışında

Ermənistan cəbhədə məğlubiyyətlə yanaşı, diplomatik məğlubiyyəti də acısını yaşayır.

Publika.az xəbər verir ki, düşmən ölkə Azərbaycanı məğlub etmək üçün qeyri-adekvat addımlar atmaq təklifləri irəli sürülür.

Erməni ekspert Araras Papyan təklif edir ki, Belarus və Türkiyə Minsk qrupundan çıxarılmalıdır.

“Biz bu ölkələri ATƏT-in Minsk qrupundan çıxarılmasına nail olmalıyıq”, - deyə o bildirib.

Qeyd edək ki, Belarus Ermənistanla Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunsa da, “dördgünlük müharibədə” açıq şəkildə Azərbaycanı dəstəklədi.

Erməni ekspert Azərbaycana qarşı daha bir vəhşi təklif irəli sürür.

“Biz Azərbaycanı gəlirlərdən məhrum etməliyik. Bunun üçün neft və qaz kəmərlərinə zərbələr endirməliyik”, - deyə o bildirib.

Papyan həmçinin qeyd edib ki, Ermənistan Dağlıq Qarabağı öz tərkibinə qatmalıdır: “Dağlıq Qarabağın müstəqil olması onu əlimizdə saxlamaq imkanlarımızı tükədir. Ona görə də bu ərazilər Ermənistanın tərkibinə qatılmalıdır”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm