Yevda Abramov: “Prezidentin cəbhə bölgəsinə səfəri xalqda böyük inam yaradıb”
Bizi izləyin

Nida.az

Yevda Abramov: “Prezidentin cəbhə bölgəsinə səfəri xalqda böyük inam yaradıb”

“Ötən gün cənab Prezidentin düşmən hərbiçiləri ilə təmas xəttinə yaxın məsafədə yerləşən ərazilərə səfəri çox humanist jest idi. Bəlkə də, tarixdə indiyədək heç bir ölkənin Ali Baş Komandanı təhlükəli olan cəbhə bölgəsinə bu cür riskli səfər etməyib. Hesab edirəm ki, bu dünyada görünməmiş bir addımdır”.

Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-İsrail Parlamentlərarası Dostluq Qrupunun sədri, yəhudi əsilli deputat Yevda Abramov deyib.

Deputat xatırladıb ki, ötən gün ölkə Prezidenti düşmənin açdığı atəş nəticəsində ziyan dəyən rayonlara və kəndlərə baş çəkib, oranın sakinləri ilə görüşüb, zərər görmüş kəndlərlə yaxından tanış olub, yaralıları ziyarət edib və özünün mühüm tapşırıqlarını verib: “Bu çox mühüm və əhəmiyyətli jestdir. Ölkə başçısının bu addımı bir daha göstərdi ki, Azərbaycanda Prezidentlə xalq bir yerdədir. Bütün bunlar prezident-xalq birliyinin nümayişidir. Bu gün Azərbaycan əsgəri xalqla, Prezidentlə bir yerdədir. Azərbaycan Ordusunun arxasında dağ boyda Ali Baş Komandan, igid hərbiçiləri dünyaya gətirən qəhrəman valideynləri dayanıb. Ona görə də bu cür xalq və Ali Baş Komandan yenilməzdir.

Cənab Prezident bir daha sübut etdi ki, o, xalqının ən çətin anında onların yanında olur. Hətta, Azərbaycanda və dünyada hansı əhəmiyyətli hadisənin yaşanmasından asılı olmayaraq, Prezident İlham Əliyev döyüş bölgəsində yaşayan əhalini və hərbiçilərimizi unutmur, Ali baş Komandan kimi xalqın dərdinə şərik çıxır, onların yanında olduğunu nümayiş etdirir”.

Y.Abramov deyib ki, ölkə Prezidentinin bu cür əhəmiyyətli jesti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir: “Prezident İlham Əliyevin bu addımı bir daha göstərdi ki, əgər lokal döyüşlər böyük müharibələrə çevrilsə belə, xalq Ali Baş komandanın onun yanında olacağını yaxından hiss edəcək. Bununla həm də xalq hiss edir ki, Prezident düşmən tərəfindən dağıdılan evlərin inşasına təminat verib. Bütün bunlar xalqda böyük inam yaradır. Əminəm ki, növbəti döyüşlərdə də xalq nəyisə düşünmədən özü müharibəyə atılacaq. Çünki xalq əmindir ki, onun arxasında güclü Azərbaycan dövləti və humanist Prezidenti İlham Əliyev var. Ona görə də xalqın bütün övladları istər arxa, istərsə də ön cəbhələrdə düşmənə qarşı daha mübariz dayanacaqlar. Bu cür addımlarla Azərbaycan xalqı gələcək müharibələr üçün səfərbər olunur. Prezident bu addımı il sübut etdi ki, o xalq ilə nəfəs alır, xalq ilə yaşayır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm