• USD 1,7001 -0,01% EUR 2,0000 -0,14%
    • GBP 2,2421 -0,52% RUB 0,0297 0,00%

Prezidentin ön cəbhədən üç mühüm MESAJI

  • Nida.az
  • 2 May 2016 16:45
  • 1 278 Baxış
Prezidentin ön cəbhədən üç mühüm MESAJI

Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarında olublar.

Publika.az xəbər verir ki, Ermənistan tərəfinin mülki əhaliyə hücumu nəticəsində cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrinə ciddi ziyan dəyib. Hazırda bu bölgəyə düşmənin hücum riski qalmaqdadır. Politoloqlar

Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrini ardıcıl atəşə tutduğu bir vaxtda Azərbaycan Prezidentinin cəbhə bölgəsinə səfərini, təmas xəttinin 200 metrliyində yerləşən kəndlərdə evləri dağılmış insanlarla, habelə səngərdə dayanan hərbçilərlə görüşünü İlham Əliyevin Ali Baş Komandan kimi cəsarətinin və şücaətinin göstəricisi olaraq dəyərləndirilər.

Politoloq Elşad Mirbəşiroğlu hesab edir ki, indiki halda cəbhə bölgəsi olduqca risklidir: “Çünki qarşı tərəf üçün nə beynəlxalq hüquq, nə də adi normalar var. Onlar mülki əhalini hədəf seçmiş düşməndir. Lakin Prezident İlham Əliyevin bu riski gözə alaraq həmin bölgəyə getməsi onun cəsarətindən və Vətənə, millətə olan sevgisindən xəbər verir”.

Qeyd edək ki, dövlət başçısının ön cəbhəyə baş çəkməsi üç aspekt baxımından diqqət çəkir.

Birinci: Hazırda atəş altında olan cəbhə boyu yaşayış məntəqələrindəki insanlar birbaşa birinci şəxsin diqqətində olduqlarının əyani şahidi oldular. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Tərtər şəhərində, cəbhə xəttinin 200 metrliyində yerləşən Tərtər rayonunun Qapanlı kəndində, Ağdam rayonunun qoşunların təmas xəttində yerləşən Mahrızlı kəndində sakinlərlə görüşüblər, Ermənistan ordusunun vəhşilikləri nəticəsində yaranmış vəziyyətlə tanış olublar. Azərbaycan Prezidenti və xanımı Mehriban Əliyeva Bərdə şəhərindəki Müalicə-Diaqnostika Mərkəzində yaralı sakinlərə baş çəkiblər.

Bu səfər və keçirilən görüşlər atəş altında yaşayan insanlara böyük dəstəkdir. Halbuki, “dördgünlük müharibə” zamanı və ondan sonrakı dövrdə İrəvan rejiminin Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirdiyi ermənilər kütləvi şəkildə bölgəni tərk etdilər. Erməni KİV-nin məlumatına görə, hazırda cəbhəboyu ərazilərdə çox az sayda erməni qalıb. Onlar da getməyə maddi imkanı olmayanlardır. Azərbaycan vətəndaşı isə hücumlara baxmayaraq, sona qədər öz evini tərk etmək niyyətində deyil. Prezident İlham Əliyevin birbaşa ön cəbhəyə getməsi də bu fikri möhkəmləndirir. Dövlət başçısı hər bir vətəndaşın, xüsusilə cəbhə bölgəsində yaşayan insanların problemlərinə həssaslıqla yanaşır, onların müdafiəsini gücləndirmək, həyat və iş şəraitini, güzəranını yaxşılaşdırmaq üçün bütün lazımi tədbirləri görür.

İkinci: Prezident İlham Əliyev “N” saylı hərbi hissədə əsgər və zabitlərin xidmət şəraiti, onların təminatı ilə tanış olub və şəxsi heyətlə görüşüb. Bu görüş düşmənlə üz-üzə olan şəxsi heyətin döyüş ruhunun yüksəldilməsi üçün vacib amildir. Azərbaycan Ordusu Ali Baş Komandanın cəsarəti və mərdliyinin əyani şahidi oldu. Bu amil ordumuzun torpaqlarımızın azad olunması üçün apardığı mübarizədə əsas faktordur.

Siz bu gün burada düşmənlə üz-üzə xidmət edirsiniz. Torpaqlarımızı, vətəndaşlarımızı müdafiə edirsiniz. Bu, böyük, şərəfli missiyadır. Sizi bütün uğurlar münasibətilə ürəkdən təbrik edirəm. Yeni uğurlar arzulayıram. Bundan sonra da Vətənə həmişə bağlı olun, Vətəni sevin, torpağımızı qoruyun, vətəndaşları müdafiə edin. Eşq olsun Azərbaycan Ordusuna!”

Ali Baş Komandanın ön cəbhədə verdiyi bu mesaj Azərbaycan Ordusunda böyük ruh yüksəkliyinin əsas mənbəyi hesab oluna bilər.

Politoloqlar hesab edir ki, dövlət başçısının ön cəbhəyə səfəri tərtərlilərə, ağdamlılara, cəbhə bölgəsində yaşayan digər soydaşlarımıza “mən sizinləyəm, dövlət sizinlədir” deməklə yanaşı, həm də düşmənin saya salınmadığını, onun sındırıldığını, əzildiyini, daha baş qaldıracaq gücdə olmadığını göstərmək üçün idi. Çoxları onu anladı ki, Prezidentin və Mehriban Əliyevanın Qarabağın işğal altındakı digər bölgələrinə birgə səfərlərinə də çox qalmayıb.

Dövlət başçısı bu səfərlə həm də Ermənistana ciddi mesaj verdi.

Üçüncü: Ermənistanda ciddi ictimai-siyasi problemlər yaşanır. Məğlubiyyətə görə Serj Sarkisyan ciddi ittiham olunur. Düşmən ölkədə kataklizimlərin yaşandığı bir vaxtda Prezident İlham Əliyevin ön cəbhəyə səfəri İrəvana “Azərbaycanın bir qarış torpağının belə işğal altında qalmayacağı” mesajıdır.

Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, dövlət başçının mövcud şəraitdə ön cəbhəyə getməsi Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllinə nə qədər ciddi diqqət yetirdiyini göstərir.

“Dövlət başçısının ön cəbhədən verdiyi bəyanatlar da Azərbaycanın bu problemin həllində prinsipial mövqedən geri çəkilmədiyini, beynəlxalq hüquq normalarına uyğun ərazi bütövlüyünü təmin etmək üçün bütün imkanlardan istifadə edəcəyini nümayiş etdirir. Azərbaycan cəmiyyəti də öz Prezidentinə inanır, onun fəaliyyətini dəstəkləyir və məhz onun apardığı siyasətlə ərazi bütövlüyümüzün tezliklə təmin olunacağına ümid bəsləyir” - deyə Milli Məclisin deputatı qeyd edib.

Asif

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>