Nida.az
İrəvana tərs şillə: Qorxunc silahlar bundan sonra da Azərbaycana satılacaq
“Ermənistan İsrailin Azərbaycanla həyata keçirdiyi hərbi əməkdaşlıqdan böyük qorxu keçirir”.
Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-İsrail Parlamentlərarası Dostluq Qrupunun sədri, yəhudi əsilli deputat Yevda Abramov söyləyib.
Deputat deyib ki, İsrailin Azərbaycana satdığı silahlar böyük üstünlüyə malikdir: “İsrail istehsalı olan və mediada “Yaşıl əjdaha” adı ilə tanınan pilotsuz uçan aparatların ən əsas üstünlüyü odur ki, bu silahları heç bir radar qurğusu tuta bilmir. Bunun sirrini isə yalnız istehsalçı ölkə bilir”.
Y.Abramov qeyd edib ki, Azərbaycan ilə İsrail arasında yüksək əməkdaşlıq münasibətləri mövcuddur: “Bilirsiniz ki, bizim İsrail ilə geniş əlaqələrimiz mövcuddur. Buna görə də Ermənistan kimdir ki, Azərbaycan ilə İsrail arasındakı əlaqələrə ziyan vursun? Azərbaycanla İsrail arasında hərbi əməkdaşlıq haqqında müqavilələr var və İsrail tərəf də bu müqavilələrin icrasını uzun illərdən bəri təmin edir. İsraillə əməkdaşlığı çərçivəsində müasir silahlar Azərbaycana bundan sonra da veriləcək”.
Deputat vurğulayıb ki, İsrail ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda da müasir silah və hərbi texnikalar hazırlanır: “Artıq Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi də müasir uçan pilotsuz aparatlar istehsal edir. Təbii ki, bütün bunlar erməniləri möhkəm qorxudur. Ona görə də Ermənistan tərəfi Azərbaycanın əldə etdiyi silahlardan qorxduğunu açıq şəkildə etiraf etməyə başlayıb”.
Vasif Həsənli
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK