• USD 1,7009 +0,01% EUR 2,0003 -0,39%
    • GBP 2,1810 -0,46% RUB 0,0288 0,00%

Ermənilərdən növbəti sərsəmləmə: “DQR”in tanınması müzakirəyə çıxarılır

  • Nida.az
  • 3 May 2016 15:22
  • 527 Baxış
Ermənilərdən növbəti sərsəmləmə: “DQR”in tanınması müzakirəyə çıxarılır

Ermənistanın hökuməti mayın 5-də separatçı Dağlıq Qarabağ rejiminin tanınması haqqında qanun layihəsini müzakirə edəcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Ermənistan hökumətinin saytında bildirilir.

Qanun layihəsinin müəllifləri müxalif Erməni Milli Konqresinin deputatı Zarui Postancyan və “İrs” müxalifət partiyasının parlament fraksiyasının rəhbəri Qrant Baqratyandır.

Qanun layihəsi hökumət tərəfindən dəstəklənəcəyi halda parlamentdə təqdim ediləcək.

“İrs” Partiyası Dağlıq Qarabağın tanınması haqqında qanun layihəsini dəfələrlə gündəmə gətirib. Partiya müvafiq qanun layihəsini ilk dəfə 2009-cu ilin oktyabrında parlamentə təqdim edib. Lakin hakim Respublika Partiyası qanun layihəsinə qarşı çıxıb. Rəsmi Yerevanın fikrincə, qanun layihəsinin qəbulu Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqların gedişatına mənfi təsir göstərə bilər.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>