XİN: “İrəvan bunu etsə, artıq Minsk qrupunun mandatı olmayacaq”
Bizi izləyin

Nida.az

XİN: “İrəvan bunu etsə, artıq Minsk qrupunun mandatı olmayacaq”

“Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin Ermənistan tərəfindən tanınması rəsmi İrəvanın Minsk qrupu prosesinə son qoyması mənasını daşıyır”.

Publika.az xəbər verir ki, bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın Dağlıq Qarabağı tanıyacağı barədə açıqlamalarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, qondarma rejimin İrəvan tərəfindən tanınması halında Minsk qrupunun danışıqlar aparmaq üçün artıq heç bir mandatı olmayacaqdır.

“Bu Minsk qrupu prosesi, onun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətə qarşı təhqir və özbaşınalığın ifrat nümunəsidir. Ermənistanın bu kimi təxribatçı əməllərinə beynəlxalq ictimaiyyət tərəfindən adekvat münasibət bildirilməlidir”, - deyə H. Hacıyev qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm