ATƏT PA sədri Qarabağa görə İrəvana xəbərdarlıq etdi
Bizi izləyin

Nida.az

ATƏT PA sədri Qarabağa görə İrəvana xəbərdarlıq etdi

ATƏT Parlament Assambleyasının sədri İlkka Kanevra Ermənistana Qarabağda güc tətbiq etməməklə bağlı xəbərdarlıq edib.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Kanevra Helsinkidə Ermənistan xarici işlər naziri Eduard Nalbandyanla görüşü zamanı Qarabağ münaqişəsi zonasında güc tətbiqinin qəbuledilməz olduğunu bildirib.

“ATƏT PA Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yönəlmiş ATƏT-in, həmçinin, ATƏT-in Minsk qrupunun səylərini tamamilə dəstəkləyir”, - deyə o bildirib.

Qeyd edək ki, aprelin 23-dən başlayaraq, erməni silahlı bölmələri iriçaplı silahlardan istifadə etməklə atəşkəsi pozmaqda davam edir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm