İran erməniləri nazirə yazdı: “Qarabağı dəstəkləyən türkləri həbs edin” – ŞOK MƏKTUB
Bizi izləyin

Nida.az

İran erməniləri nazirə yazdı: “Qarabağı dəstəkləyən türkləri həbs edin” – ŞOK MƏKTUB

İranda dini azlıq təşkil edən ermənilər soydaşlarımıza qarşı hücuma keçib.

Publika.az Güney Azərbaycan mənbələrinə istinadən xəbər verir ki, İrandakı azsaylı ermənilər daxili işlər nazirinə məktub ünvanlayaraq, azərbaycanlı siyasi fəalları həbs etməyə çağırıb. Buna səbəb isə azərbaycanlı fəalların Təbriz, Urmiya, həmçinin, bir sıra digər şəhərlərdə Qarabağa dəstək aksiyaları keçirməsi və ermənilərə qarşı bəyanatların səslənməsidir.

Ermənilər daxili işlər nazirinə ünvanladıqları məktubda bundan narahat olduqlarını yazıblar. Həmçinin, “türklərin əli ilə İranı bölməyə çalışırlar” iddiasını irəli sürüblər. Daha sonra onlar siyasi fəalların həbsinə çağırış ediblər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm