BBC-nin dağıdılan kəndlərdən reportajı: “Erməni faşistləri...” - FOTOLAR
Bizi izləyin

Nida.az

BBC-nin dağıdılan kəndlərdən reportajı: “Erməni faşistləri...” - FOTOLAR

BBC telekanalı Ermənistanın silahlı bölmələrinin cəbhəboyu kəndlərdə mülki əhaliyə hücum etməsi ilə bağlı reportaj hazırlayıb.

Publika.az xəbər verir ki, telekanal 20 il davam edən sülhdən sonra Azərbaycanın qərbində dinc sakinlərin evlərinin zorakılıqla dağıdıldığını yazıb.

“Ermənistan iddia edir ki, Dağlıq Qarabağda etnik ermənilər öz müqəddəratını təyin etmə hüquqlarını müdafiə edir. Azərbaycan isə torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu bildirir. Ermənistan tərəfinin atdığı bomba nəticəsində evi tamamilə dağıdılan 65 yaşlı Ələkbər Ələkbərov deyir ki, o çay içir və televizorda futbol oyununa baxırdı. Ermənilərin atdığı bomba isə onu evini alt-üst etdi. Bomba atılan zaman onun bəxti gətirdiyi üçün sağ qala bilib. O, “erməni faşistləri” deyə ittiham edir. “Biz sülh yolu ilə torpaqlarımızın azad olunmasını istəyirik. Əgər müharibə olarsa, mən vətənim üçün mübarizə aparmağa hazıram”, - deyə sakin bildirir. Azərbaycan hökuməti jurnalistlərə dağıdılan evləri, həmçinin, yaralıları bizə göstərdi. Biz həlak olmuş insanların qohumları ilə da görüşdük. Qardaşı Familin fotoşəklini sinəsinə sıxan Qənbər Mustafayev deyir ki, onun qardaşı öz evində şəhid oldu. “O vətəni üçün şəhid oldu, mən də şəhid olmağa hazıram”, o deyir. Yerli əhali arasında Ermənistana düşmənçiliyin dərin izləri hiss olunur. Bu qəzəb Ermənistanın Dağlıq Qarabağ və digər əraziləri işğal etməsindən törəyir”, - deyə BBC yazır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm