• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Qaqauziyanın prezidenti Azərbaycandan kömək istədi – Müraciət

  • Nida.az
  • 3 Aprel 2014 12:47
  • 1 822 Baxış
Qaqauziyanın prezidenti Azərbaycandan kömək istədi – Müraciət

Ukrayna hadisələrindən sonra Moldovada da qaqauzlar mərkəzi hakimiyyətdən ayrılmaq istəyirlər.

Qaqauz Yeri (muxtar vilayət) rəhbəri Mixail Formuzal bununla bağlı bildirib ki, onların hüquqları pozulsa, nəinki Rusiyada, həm də Türkiyə, Polşa və digər Avropadakı dostlarımıza müraciət edəcəyik.

Qeyd edək ki, qaqauzlar türkdilli xalqdır, ümumi sayları təqribən 250 min nəfərdir. Əsasən Moldovada, həmçinin Ukrayna, Ruminiya, Rusiya və Türkiyədə yaşayırlar. Lakin qaqauzların əsas məskəni Moldovanın tərkibində muxtar ərazi vahidi olan Qaqauziyadır. 1994-cü ildə yaradılan Qaqauz Yeri muxtar vilayətinə əsas dəstəyi isə Azərbaycanın mərhum prezidenti Heydər Əliyev və Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl verib. Təsadüfi deyil ki, bu gün Qaqauziyanın mərkəzi meydanında hər iki şəxsin abidəsi qoyulub və qaqauzlar bu şəxsləri dövlətçiliklərinin təminatı olaraq görürlər.

Mixail Formuzal bu barədə 2011-ci ildə Bakıda keçirilən Dünya Azərbaycanlılarının III Qurultayında çıxışı zamanı bildirib ki, Heydər Əliyevin iki xalq- qaqauz və Azərbaycan xalqı arasında dostluq əlaqələrinin qurulmasında xidmətləri böyükdür.
“İki xalq arasında tarixi əlaqələr mövcuddur. Bu əlaqələr 1920-ci ildə ilk qaqauz gəncin doktorluq dissertasiyasını Bakıda yazması ilə başlamışdır. 1990-cı ildə qaqauz gəncləri Azərbaycandakı universitetlərdə təhsil almaq üçün Bakıya gəlməyə başladılar. 1994-cü ildə qaqauzlar Moldovada Qaqauz Yeri yaratdı. Bu məsələdə iki xalq, iki dövlət, iki prezident, iki dost-Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəlin yardımı olmuşdur.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iki xalq- qaqauz və Azərbaycan xalqı arasında dostluq əlaqələrinin qurulmasında xidmətləri böyükdür. O zaman türk dünyasından iki dövlət başqa türk xalqlarına dəstək olmaqla birlik nümayiş etdirdilər. 1994-cü ildə Qaqauz Yeri meydana gəldi. Bu gün biz qaqauzlar bunu unutmayacağıq. Biz adətlərimizi və dilimizi yüz illərlə qorumuşuq.

2005-ci ildə Moldova Respublikasında Azərbaycan səfirliyi açıldı. İlk səfir İsfəndiyar Vahabzadə çox yaxın dostumuz oldu. Onunla yaxşı əməkdaşlıq etdik. Moldovada Azərbaycan diasporu və Azərbaycan səfirliyi qaqauz xalqı və Moldova vətəndaşları ilə yaxşı əməkdaşlıq edir. Biz sizinlə bərabər olmaq üçün bu qurultayda iştirak etməyə qərar verdik. Bu tədbirə dəvət etdiyiniz üçün minnətdarlığımızı bildiririk. Bütün azərbaycanlı qardaşlarımızı Qaqauza dəvət edirik”-deyə vurğulayıb.

Bu baxımdan, qaqauzlarının dəstək üçün rəsmi Ankara ilə yanaşı, rəsmi Bakıya da üz tutacaqları gözlənilir.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR